Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – "PAŞA Sığorta"dan 1 ayda 10 milyon manatdan çox ödəniş

Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – Mərkəzi Bank Azərbaycanın sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini açıqlayıb. Rəqəmlərə baxanda bir məqam xüsusilə diqqət çəkir: avtomobillərlə bağlı zərərlərin maliyyə yükü kifayət qədər böyükdür.
Məsələn, ölkənin aparıcı sığorta şirkətlərindən olan "PAŞA Sığorta" 2026-cı ilin 2026-cı ilin iyul ayı ərzində icbari və KASKO sığortası üzrə 9 milyon 35 min 446 manat ödəniş edib. Avqustda isə bu məbləğ 10 milyon 72 min 958 manata yüksəlib. Yəni cəmi bir ayda ödənişlər 1 milyon 37 min 512 manat, başqa sözlə, 11%-dən çox artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu rəqəmlər bir daha göstərir ki, yolda baş verən bir neçə saniyəlik hadisənin qiyməti heç də kiçik olmur. Ona görə sükan arxasında diqqətli olmaq, sürət həddinə əməl etmək, xüsusilə gecə və əlverişsiz hava şəraitində daha ehtiyatlı davranmaq vacibdir.
Amma ehtiyatlı sürmək hər riski sıfırlamır. Qəza baş verəndə avtomobilimizə dəyən zərərin qarşılanması üçün KASKO vacib rol oynayır. İcbari sığorta əsasən üçüncü şəxslərə vurulan zərərin qarşılanmasına xidmət edir, öz avtomobilimizə dəyən zərər isə KASKO təminatı ilə qarşılanır.
Yolda ehtiyat əldən verilməməlidir. Avtomobilin sığortası da. Çünki qəzanı bəzən bir anlıq diqqətsizlik yaradır, maliyyə yükünü isə aylarla daşımağa məcbur oluruq.

Banklar     Tarix: 01 oktyabr 2026

Oxşar xəbərlər

"Bank VTB (Azərbaycan)"ın Müşahidə Şurasının üzvü vəzifəsindən ayrılıb

"Bank VTB (Azərbaycan)" ASC-nin Müşahidə Şurasının üzvü Andrey Nikolayeviç Dyaçenko vəzifəsindən ayrılıb. Dyaçenko bankın səhmdarlarının 23 dekabr 2019-cu ildə keçirilmiş növbədənkənar ümumi yığıncağının qərar

Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq  Aqro Forumda

8–10 oktyabr tarixlərində II Beynəlxalq Aqro Biznes Forumu keçirilib. Tədbirin baş sponsoru "Ziraat Bank Azərbaycan" ASC olub. Aqrar sektorun inkişafı, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxal

ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb

ABB Maliyyə Qrupu (ABB və törəmələri) 2026-cı ilin ilk yarısı üzrə aralıq konsolidə edilmiş maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə Maliyyə Qrupu biznes həcmlərinin artımını davam etdirib, kredit portfelini və müştər

iTicket artıq ABB mobile-da

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB onlar üçün yeni imkanlar yaratmaqda davam edir! Artıq ölkənin aparıcı bilet satışı platforması iTicket də tam inteqrasiya olunaraq ABB mobile tətbiqinə əlavə edilib. . Bu möhtəşə

Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın

Aqrar sığorta mexanizmi çərçivəsində fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışların

"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb

"Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin ilk doqquz ayını (yanvar-sentyabr) 9 milyon 246,8 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,9% və ya 1 milyon 534,7 min mana

Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2026-cı ilin 30 sentyabr tarixinə maliyyə göstəricilərini açıqlayıb. Bankın kredit portfelində əhəmiyyətli artım, depozitlərin strukturunda ciddi dəyişiklik, aktivlərində və kapitalınd

Azərbaycanın strateji valyuta ehtiyatları $89,4 milyarda çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 30-na 89 milyard 380,7 milyon ABŞ dollarına çatıb. Bu, açıqlanan müqayisə göstəricisinə əsasən, 9,7% artım deməkdir. Ehtiyatların yüksəlməsi neftin kəskin bahalaşmas

"Kapital Bank" 9 ayda 297 milyon manat xalis mənfəət əldə edib

"Kapital Bank" ASC 2026-cı ilin 9 ayını 297 milyon 4 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə bankın mənfəəti 229 milyon 129 min manat olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.6


iqtisadi xeberler depozit faizleri biznes krediti dollar kursu iqtisadiyyat xeberleri