"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı-2023" ün qalibləri mükafatlandırıldı

®Xəbər verdiyimiz kimi cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti "Onu oxut" aksiyasına start vermişdi. "Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı" çərçivəsində həyata keçirilən ianə aksiyasının məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Aksiya çərçivəsində 30 dan çox tələbə təqaüd üçün müraciət etdi və onlardan 25 nəfəri təqaüd proqramının qalibi oldu. 
Ötən gün isə fondun rəsmi nümayəndələrinin, tələbələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qaliblərin mükafatlandırma mərasimi keçirildi. Tədbiri çıxış sözü ilə açan Fondun prezidenti Sevda Haqverdiyeva donorlara təşəkkür etdi. "Ötən ilə nisbətən bu il daha çox tələbəyə təqaüd vermək bizim üçün qürurvericidir. Əlbəttə ki, biz bunu xeyirxah insanları ianələri hesabına edirik. Ona görə də bizə dəstək olan hər kəsə xüsusən də 10 nəfər tələbənin təqaüdünü qarşılayan Kapital Bank-a təşəkkür edirəm". 
Kapital Bank-ın Marketinq Ekspert Mərkəzinin lideri Günel Mavliyarova isə bildirdi ki, "Kapital Bank olaraq təhsilin cəmiyyət üçün nə qədər həssas və vacib mövzu olduğunun fərqindəyik və buna görə də təhsilə dəstək bizim üçün xüsusi istiqamətdir. İnanırıq ki, gənclərimiz bu dəstəyi dəyərləndirərək, şəxsi inkişaflarına daha çox önəm verəcək, gələcəkdə peşəkar mütəxəssis kimi cəmiyyətimiz, ölkəmiz üçün faydalı işlər görəcəklər". 
Xatırladaq ki, "Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı" çərçivəsində fond tərəfindən ölkənin müxtəlif ali məktəblərində təhsil alan 25 aztəminatlı tələbəyə hər ay 150 AZN dəyərində təqaüd veriləcək. 
"Qırmızı Ürəklər" Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.
saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət" bölməsinə daxil olub ianələr etmək olar.
/ banker.az

Banklar     Tarix: 20 noyabr 2023

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler biznes qurmaq valyuta xeberleri birbank biznes krediti