"Qiymət artımının qarşısı alınmasa, bu tədbirlərin əhəmiyyəti olmayacaq" – Vahid Əhmədov

"Mən həmişə demişəm, indi də deyirəm ki, nə qədər maaş, pensiya, müavinət artımı etsək də, inflyasiyanın, qiymət artımının qarşısı alınmasa, bu tədbirlər demək olar ki, özünü doğrultmur. Ona görə də, əsas olan qiymət artımı və inflyasiyanın cilovlanması məsələsidir. Bununla əlaqədar anti-inflyasiya tədbirləri var, həyata keçirilir. Bu tədbirləri bir az da sərtləşdirməyə ehtiyac var ki, qiymət artımı olmasın".
KONKRET.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi. Onun sözlərinə görə, bu istiqamətdə qonşu ölkələrin təcrübəsindən də istifadə oluna bilər.
"Dünən baxıram, Gürcüstanda yeni qərar qəbul olundu. Nəticədə dərman vasitələrinə "tavan qiymət" qoyuldu ki, dərman qiyməti maksimum bu qədər ola bilər. Nazir göstəriş verdi ki, oktyabr ayının 15-dən ibarət tavan qiymətlər tətbiq edilsin. Azərbaycanda da ola bilər ki, belə bir addım atılsın. Vergi sistemində də müəyyən dəyişikliklər ola bilər. Yəni kifayət qədər imkanlar var ki, bu inflyasiyanın, qiymət artımının qarşısı alınsın. Hətta mən hesab edirəm ki, bunlar hamısı Rusiya-Ukrayna müharibəsi ilə birbaşa əlaqədardır. Bu müharibə tez bitərsə, müəyyən qədər qiymət artımı və inflyasiyanın qarşısı alınar", – deyə millət vəkili vurğulayıb.
Vahid Əhmədovun fikrincə, ən böyük problemlərdən biri də maaş və pensiyaların artırılmasından sonra supermarketlərdə qiymətlərin yüksəlməsidir:"İnsanların maaşı, pensiyası, müavinəti artır, ondan da iki gün qabaq və ya sonra qiymətlər artır. Yəni bu, çox ciddi məsələdir. Buna görə İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti, monitorinq xidmətləri çox ciddi işləməlidir ki, buna imkan verilməsin. Qiymət artımı olacaqsa, maaşların, pensiyaların artımının heç bir əhəmiyyəti olmayacaq. Buna görə də, monitorinqlər aparılması vacibdir. Süni qiymət artımına imkan vermək olmaz".

Xəbərlər     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq depozit faizleri kicik biznes