Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-dan dərc olunacaq statistik məlumatlar öncəsi çərşənbə axşamı günü birjalarda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0710, 1.2332 və 150.27 səviyyələrində ticarət olunullar.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.18% artaraq 105.4 bənd təşkil edib. Dolların gücünün artması qızılın ucuzlaşması ilə nəticələnir.
Ekspertlər qeyd edirlər ki, qızıl qısa müddətdə İsrail və HƏMAS arasındakı vəziyyət və ABŞ-da əmək bazarının zəifləməsi fonunda "Güvənli liman" kimi müəyyən dəstək ala bilər, orta və uzunmüddətli perspektivdə isə ABŞ-ın monetar siyasətinin yumşaldılması artım tendensiyasını dəstəkləyə bilər.
Həmçinin bugün ABŞ-dan açıqlanacaq ticarət saldosu göstəriciləri və Almaniyadan sənaye sektorunda istehsal həcminə dair rəqəmlər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Mcdonalds françayzinqi neçiyədir?
Swift nədir?
5 liderlik göstəricisi
IMEI kod nədir?
Françayzinq nədir və necə olur?