Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ-da açıqlanan iqtisadi göstəricilərdən sonra birjalarda major valyutalar dollar qarşısındakı güclü mövqelərini qoruya bildilər.
Ölkədə işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı proqnozları aşaraq 231 min nəfərlə 3 ayın əmaksimumuna yüksəldi.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 1 milyon 865 min ilə iki ilin maksimumlarına çatdı.
Analitiklər məlumatların əmək bazarında son yumşalma siqnalları ilə uyğunlaşdığını ifadə edərək, bu həftə inflyasiyanın da yavaşlama əlamətləri göstərdiyini xatırladıblar.
Digər tərəfdən, şəbəkə, bulud və kibertəhlükəsizlik həlləri təqdim edən "Cisco Systems" şirkətinin balans hesabatında zəif istiqamətləndirmədən sonra səhmlərinin təxminən 10% ucuzlaşması diqqət çəkib.
ABŞ-ın pərakəndə nəhəngi "Walmart"-ın səhmləri də tam illik mənfəət proqnozunu aşağı saldıqdan sonra 8%-dən çox dəyər itirib.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin açıqlamaları da izlənərkən, FED İdarə Heyətinin üzvü Lisa Kuk inflyasiyanın davamlı azalması və güclü əmək bazarı ilə iqtisadiyyatda yumşaq enişin mümkün olduğuna inandığını, lakin buna zəmanət verməyin mümkün olmadığını qeyd edib.
Kuk, FED-in faiz artımı və balansa düzəlişlər kimi addımlarının həm məcmu tələbi məhdudlaşdıraraq, həm də uzunmüddətli inflyasiya gözləntilərini möhkəm şəkildə sabit saxlayaraq inflyasiyanın azalmasına töhfə verdiyini bildirib.
Klivlend FED sədri Loretta Mester də inflyasiyanın 2%-ə doğru getdiyinə dair daha çox təsdiqləyici faktın olması gərəkdiyini vurğulamış və ABŞ iqtisadiyyatı üçün resessiya proqnozlaşdırmadığını bildirmişdir.
Pul-kredit siyasətinə dair məsələnin faiz dərəcəsinin aşağı salınması ilə bağlı olmadığını deyən Mester, məsələnin nə qədər məhdudlaşdırıcı mövqedə qalacağından getdiyini vurğuladı.
Dollar indeksi (DXY) qarşısında güclü mövqelərini qorumaqda davam edən major valyutaların qiymətlərində üfüqi dalğalanma müşahidə olunur. Belə ki, EUR/USD məzənnəsi 1.0890 - 1.0830, GBPUSD məzənnəsi 1.2500 - 1.2380, USD/JPY məzənnəsi isə 151.00 - 150.00 aralığında üfüqi tendensiya sərgiləyir. Çərşənbə günü 1956$-a kimi geri çəkilən qızıl isə (XAUUSD) bu səviyyədən dəstək olaraq yenidən 1987$-a kimi bahalaşdı. "Buğalar" qiyməti 1970$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası 2010$-a kimi davam edə bilər.
Bu gün isə Bakı vaxtı ilə saat 12:30-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, eləcə də saat 14:00-da Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri major valyutaların, əsasən də EUR/USD və GBP/USD məzənnələrinin qiymətlərinə ciddi təsir edə bilər. Saat 17:30-da isə Amerikanın tikinti sektoruna dair statistik rəqəmlər dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 17 noyabr 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler dollar kursu valyuta kurslari dollar manat kursu telefonla pul qazanmaq