Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-dan işsizlik müavinətı üçün müraciətlərinin sayının proqnozlaşdırılandan az açıqlanması fonunda dolların major valyutalar qarşısında dəyəri bir qədər artı. Həmçinin ABŞ dövlət istiqrazlarının gəlirliliyinın artırması da qızılın qiymətini beynəlxalq birjalarda bir qədər ucuzlaşdırsa da, sessiyanın sonuna doğru qiymətli metal yenidən bahalaşaraq 1990$ hədlərinin üzərinə qayıtdı.
Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant hökumətin növbəti altı ay üçün yeni maliyyə planını Palatada təqdim edərkən qeyd etdi ki, əsas inflyasiya səviyyəsinin ilk öncə 2024-cü ilin sonuna qədər 2.8%-ə, 2025-ci ildə isə 2% hədəfinə endirilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, Böyük Britaniyada illik inflyasiya oktyabr ayında 6.7%-dən 4.6%-ə enib.
Həmçinin dünən dünyanın ən böyük kriptovalyuta birjası "Binance"-ın ABŞ hökməti tərəfindən irəli sürülən ittihamları qəbul edərək, tələbləri pozduğuna görə 4.3 milyard dollar cərimə ödəyəcəyi və birjanın təsisçisi və baş direktoru Çanqpenq Tsaonun şirkətdən ayrılacağı məlum oldu. Ekspertlərin fikrincə "Binance" ilə ABŞ höküməti arasında əldə olunmuş razılaşma şirkətin Biznesi və bütövlükdə rəqəmsal aktivlər sənayesi üçün müsbət hesab edilməlidir.
Bugün Almaniyada, Avrozonada və Böyük Britaniyada açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Məlumat İnvest-AZ investisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?