Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da əmək bazarı, xüsusilə də "NFP" göstəricilərinin açıqlanacağı həftənin ilk ticarət günü birjalarda ciddi dalğalanmalarla yadda qaldı.
Analitiklər, investorların FED-in pul-kredit siyasəti ilə bağlı daha çox ipucu üçün iqtisadi məlumatları gözlədiklərini və bu həftə ölkədə əmək bazarı, xüsusilə də qeyri-kənd təsərrüfatı sektorunda məşğulluqla (NFP) bağlı açıqlanacaq göstəricilərdən alınacaq siqnalların diqqət mərkəzində olduğunu bildirirlər.
Məşğulluq məlumatlarından əvvəl investorların ehtiyatlı olduğuna diqqət çəkən analitiklər, əmək bazarındakı vəziyyətin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn ilin ilk yarısında faiz endiriminə başlaya biləcəyi ehtimallarına təsir göstərə biləcəyini qeyd ediblər.
Yeni həftənin açılışında kriptovalyuta birjalarının lokomotivi olan "Bitcoin"-də və "güvənli liman" missiyasını uğurla davam etdirən qızılda sürətli qiymət artımları diqqət çəkdi.
FED-in sərtləşdirmə dövrünün sonuna çatdığı və spot "Bitcoin" mübadilə fondu (ETF) müraciətlərinin ABŞ-da təsdiqlənəcəyi ilə bağlı ehtimalların artması ilə bitkoinin qiyməti 2022-ci ilin aprelindən bəri ilk dəfə 42.000$-ı ötdü.
"Bitcoin"-in bahalaşmasının təsiri ilə kriptovalyuta mədən şirkətləri olan "Marathon Digital" və "Riot Platforms"-un səhmləri 8%-dən çox dəyər qazanıb. "Coinbase" kriptovalyuta birjasının səhmləri də 5%-dən çox bahalaşıb.
Qızılın bir unsiya üçün qiymətinin cari həftənin ilk günü 73$ bahalaşdıqdan sonra 123$ ucuzlaşdığının şahidi oluruq. Bu isə ümumilikdə gün ərzində 196$-lıq volatilliklə tarixi ralli hesab edilə bilər. Tarixi maksimumlarını yenilədikdən sonra, "sarı metal" 2021$-a kimi kəskin ucuzlaşdı. Hazırda 2032$-dan təklif edilən qızıl 2047.00 səviyyəsini qırsa, növbəti nail oluna biləcək hədəfləri 2061$ və 2071$ səviyyələridir. Mümkün eniş ssenarisində isə, qiymət əgər 2021$ dəstəyini aşağıya doğru qırsa, növbəti dəstək hədləri kimi 2011$ və 2000$ səviyyələri çıxış edir.
Məlumat "İnvest-AZ" İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?