Qlobal birjalarda son vəziyyət
İnvestorların gələn həftə gərgin iqtisadi məlumatlar gündəmi ərəfəsində ehtiyyatlı davranması fonunda dünən ticarət gününün sonunda dollar indeksində ucuzlaşma müşahidə edildi.
Bundan başqa ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı iyunun 3-də bitən həftədə 261 000 nəfərə yüksəlib, bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir.
Həftəlik işsizlik müraciətlərindəki artımın əmək bazarının soyuya biləcəyinə işarə olduğunu ifadə edən analitiklər, investorların gələn həftə açıqlanacaq inflyasiya məlumatları ilə yanaşı ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz qərarını gözlədiklərini vurğulayıblar.
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-da inflyasiya tempinin yavaşladığını, lakin əsas narahatlıq olaraq qaldığını vurğulayaraq, FED-i sərt monetar siyasət kursunda qalmağa çağırıb.
Dünən ticarət gününün sonlarına doğru dollar indeksi yenidən 103.24 səviyyəsinə qədər geriləyib. "Buğalar" DXY-ı 103.50 bənd həddindəki psixoloji baryerin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası 105 və 108 bənd hədlərinə kimi davam edə bilər.
Çərşənbə günü ucuzlaşan qızılın qiyməti dünən 1941$ həddindən dəstək alaraq yenidən 1960$-ın üzərinə yeksəlib. Hazırda 1963$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1967$-ın üzərinə yüksəlsə və bu həddin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1982$ və 1994$-a kimi davam edə bilər.
Məlumat investAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznesə aid ən yaxşı 10 kitab
İlon Mask kimdir?