Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞDünən FED-in faiz dərəcəsini 5.25–5.5% səviyyəsində saxlaması qərarından sonra FED sədri Cerom Pavelin mətbuat konfransı zamanı monetar siyasətin gələcəyi ilə bağlı verdiyi mesajlar fonunda dollar digər valyutalar qarşısında kəskin bahalaşdı. Dollar indeksi xəbər açıqlanandan öncə 104.68 səviyyəsində olsada, hal-hazırda 105.57 səviyyəsində qərarlaşıb. 
Ekspertlərin əksəriyyəti FED-in faiz dərəcəsini artırmayacağını proqnoz etsələr də, bəziləri il sonuna qədər baş tutacaq növbəti toplantılarda göstəricinin 5.5-5.75% səviyyəsinə qədər artırılacağını ehtimal edirlər.
Həmçinin dünən Böyük Britaniyadan açıqlanan statistik məlumatlar funtun avro və dollar qarşısında mövqelərini möhkəmləndirməsinə dəstək oldu. İstehlak Qiymətləri İndeksi illik və aylıq ifadədə proqnozların altında, - 7% və 0.7% proqnoz olunduğu halda, - 6.7% və 0.3% səviyyəsində açıqlandı. İstehsal Qiymətləri İndeksi isə 0.2% səviyyəsində dərc olunacağı proqnozlaşdırılsa da, göstərici 0.4% səviyyəsində qədər artıb.
Almaniyada İstehsalçı Qiymətləri İndeksi bir öncəki ay ilə müqayisədə -1.1%-dən 0.3%-ə qədər artdı.  
Bugün Türkiyə, İngiltərə və İsveçrə Mərkəzi Banklarının fazi dərəcələri ilə bağlı açıqlamaları investorların diqqət mərkəzində olan əsas xəbərlərdir. Həmçinin ABŞ-dan işsizlik müavinətı üzrə ərizələrin sayı və təkrar mənzil bazarında satışlarla bağlı göstəricilər də birjalarda volatilliyə səbəb ola biləcək hadisələrdir.
Bakı vaxtı ilə saat 18:00-da AMB-nın sədri Kristin Laqardın çıxışı baş tutacaq.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin əməkdaşları tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 21 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin iqtisadiyyat xeberleri bitkoin