Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin sərt monetar siyasətini uzun müddət davam etdirəcəyinə dair narahatlıqlar fonunda major valyutalar üzərində təzyiqlərin artdığını və dolların bahalaşdığını müşahidə edirik.
FED sədri Cerom Pavel hədəf inflasiya səviyyəsinə çatmaq üçün qət ediləsi yolun hələ uzun olduğunu deməsindən sonra, Amerikanın xəzinə gəlirlərindəki artımlar diqqət çəkdi.
ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlik faizinin 4.5%-lik göstərici ilə 2007-ci ilin oktyabr ayından bugünə qədər ən yüksək həddə çıxması, həmçinin 2 illik dövlət istiqrazlarının gəlirlik faizinin təxminən 5.2% ilə son 23 ilin maksimumlarına çatması, valyuta bazarlarında major valyutalara marağın azalmasına səbəb oldu.
Analitiklər FED rəsmlərinin açıqlamalarının faiz dərəcələrinin növbəti il boyunca da yüksək səviyyələrdə qalacağını və 2025-ci ildən daha tez yumşaq monetar siyasətə keçid edilməyəcəyini göstərdiyini vurğulayırlar.
Bugün Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri valyuta birjalarında volatilliyi artıra bilər.
Məlimat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dizaynerlər üçün TOP-5 Freelance sayt