Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib®Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin təşviqi istiqamətində növbəti təşəbbüsünü həyata keçirib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təmiz ölkəm" devizi altında Xəzər dənizinin Şüvəlan sahilində təşkil olunan təmizlik aksiyası çərçivəsində sahilboyu ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib. Ümumilikdə 150 kiloqramdan artıq tullantı toplanaraq çeşidlənməsi və utilizasiyası üçün aidiyyəti üzrə təhvil verilib.
Təşəbbüsün əsas məqsədi Xəzər dənizinin sahilboyu ərazilərinin təmizliyinə töhfə vermək, ekosistemin qorunmasına diqqəti artırmaq, həmçinin ətraf mühitə məsuliyyətli yanaşmanın cəmiyyətdə daha geniş təşviqinə dəstək göstərmək olub.
Rabitəbank ekoloji məsuliyyəti korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bank mütəmadi olaraq ətraf mühitin mühafizəsinə, ekoloji maarifləndirmənin artırılmasına və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə yönələn sosial təşəbbüslər həyata keçirir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçiribRabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçiribRabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçiribRabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçiribRabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçiribRabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçiribRabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçiribRabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib/ banker.az

Banklar     Tarix: 29 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycanın bu bankının Londonda filialının açılması müzakirə olunur

ASB Bankın gələcəkdə Londonda filialının açılması imkanları müzakirə olunur. Bunu ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gozəl bildirib. Tahir Gozəl qeyd edib ki, hazırda ASB Bank əsasən korporativ bank kimi fəaliyyə

BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı İranı Milli Bankının ölkədə fəaliyyət göstərən filiallarına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirib. Qərara əsasən, "Bank Melli İran"ın filialların

Qazaxıstan dollar depozitləri üzrə maksimal faizi qaldırır

Qazaxıstan oktyabrın 1-dən xarici valyutada olan bəzi əmanətlər üzrə maksimal faiz dərəcəsini artıracaq. Qazaxıstan Əmanətlərin Sığortlanaması Fondunun məlumatına istinadən xəbər verir ki, dəyişiklik 12 aydan artıq müddət

Yük sığortası üzrə ödənişlər 53% artıb

Yüklərin nəqliyyat sığortası üzrə sığorta ödənişləri 2026-cı ilin yanvar-avqustunda 589,3 min manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, ötən ilin eyni dövründə bu rəqəm 386,

AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?

Azərbaycan bank sektorunda izafi likvidliyin artması Mərkəzi Bankın faiz dəhlizi ilə bağlı son qərarında əsas amillərdən biri olub. xəbər verrir ki, AMB uçot dərəcəsini 6,5%, faiz dəhlizinin yuxarı həddini isə 7,5% səviyyəsind

Xaricə gedənlərin sığortasına 712 min manat ödənilib - Səyahət sığortası üzrə ödənişlər 78% artıb

Xaricə səfər edən vətəndaşların sığortası üzrə həm yığımlarda, həm də ödənişlərdə yüksək artım qeydə alınıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqustunda səyahət sığortası üzrə ödənişlə

Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb

Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər 2026-cı ilin ilk 8 ayında 2 milyon 833,4 min manata çatıb. Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, ötən ilin eyni dövründə

Macarıstanın ən böyük bankı Rusiyadan çıxmağı nəzərdən keçirir

Macarıstanın ən böyük bankı "OTP Bank" Rusiyadakı fəaliyyətini tam dayandırmaq ehtimalını nəzərdən keçirir. Qərar bankın Baltikyanı ölkələrdə fəaliyyət göstərən "Luminor"u almaq planının tənzimləyicilə

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0.5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyə


iqtisadi xeberler pul qazanmaq biznes qurmaq online pul qazanmaq valyuta mezennesi