Rabitəbank-ın biznes müştəriləri üçün yeni tətbiqi – "Rabita Business" istifadəyə verildi

Rabitəbank-ın biznes müştəriləri üçün yeni tətbiqi – ®"Rabitəbank" ASC, hüquqi şəxslər və fərdi sahibkar üçün yeni, təkmilləşdirilmiş "Rabita Business" mobil tətbiqini istifadəyə verdi.
Tətbiq, biznes müştəriləri üçün bank xidmətlərindən gecə-gündüz və operativ şəkildə istifadə etməyə, əsas maliyyə əməliyyatlarını dünyanın istənilən nöqtəsindən banka gəlmədən həyata keçirməyə imkan verəcək.  
Belə ki, banka getməyə ehtiyac qalmadı, müştəri smartfonu vasitəsilə saniyələr içində bank əməliyyatlarının həllini tapacaq.
"Rabita Business" tətbiqi özündə bir çox funksionallıqları birləşdirir: 
Bankdaxili, ölkədaxili və ölkəxarici köçürmə əməliyyatlarınızı saniyələr ərzində təsdiqləyə bilərsiniz; 
Hesab, kredit, kart, depozit hesablarınızı görə və yaratdığınız əməliyyatları təsdiqləyə bilərsiniz; 
Sərəncam ödənişlərinizi təsdiqləyə bilərsiniz;
Maliyyə arayışlarınızı təsdiqləyə və əldə edə biləcəksiniz; 
Hesab-faktura əməliyyatlarınızı təsdiqləyə və göndərə biləcəksiniz;
Qarantiya müraciətlərinizi təsdiqləyə bilərsiniz;
Əməkhaqqı layihəsinə qoşulma ərizənizi təsdiqləyə və müqavilələrinizi imzalaya biləcəksiniz;
Səlahiyyətli personalınızın toplu ödəniş, maaş və əməliyyat fayllarını istənilən vaxt mobil telefonunuzdan təsdiq edə bilərsiniz.
Dövlət və vergilərinizi ödənişlərinizi imzalaya biləcəksiniz;
Konvertasiya əməliyyatlarınızda xüsusi məzənnə sifarişlərinizi imzalayaraq məsafədən əməliyyatlarınızı xüsusi məzənnə ilə həyata keçirə biləcəksiniz; 
Hesab, kredit, kartların tarixçəsini izləyə biləcəksiniz;
İmzalanmış sənədlərini xüsusi interval verərək baxa və ödəniş tapşırıqlarınızı əldə edə biləcəksiniz.
"Rabita Business" tətbiqindən istifadənin üstünlüyü ondadır ki, müştərilər tətbiqin əsas səhifəsində hesablarını, kartlarını, kreditlərini və depozitlərini öz istədiyini sıralama ardıcıllığı ilə özələşdirə biləcəklər. Əlavə olaraq bank əməliyyatlarına keçid etmək üçün istənilən 3 əsas əməliyyat tipini şəxsi seçim edərək əsas səhifəyə daşıya biləcəklər.
Müasir dizayn və müştərinin rahatlığı ən önəmli nüanslardan olduğu üçün mobil tətbiqin proses və menyu ardıcılığı vasitəsilə əməliyyatları yaratmaq və təsdiqləmək üçün səhifələr arasında keçid sayı minimuma endirilmişdir. Müştəri cəmi 2-3 klik ilə istənilən əməliyyat tipini yaratmağa başlaya biləcək. / banker.az

Banklar     Tarix: 03 oktyabr 2022

Oxşar xəbərlər

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb. 4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazların

AFB Bank-ın "Sürətli Tender Qarantiyası" məhsuluna maraq artmaqdadır

AFB Bank-ın təqdim etdiyi "Sürətli Tender Qarantiyası" məhsulu sahibkarlar arasında qısa müddətdə geniş maraq qazanıb. Təklif olunan çevik şərtlər və operativ rəsmiləşdirmə prosesi bizneslərin tender iştirakın

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib

 Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçü

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar kampaniyasi"

Bahar fəsli yeni başlanğıcların və yeni fürsətlərin mövsümüdür. Rabitəbank da bu mövsümü müştəriləri üçün daha rahat maliyyə imkanları yaradan xüsusi "Bahar kampaniyası" ilə qarşılayır. Kampaniya çərçivəsində müştərilə

"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır

Müştərilərə xidmətdə innovativ həlləri tətbiq edən "Bank of Baku" rəqəmsal transformasiya strategiyası çərçivəsində daha bir addım atıb. Marja xəbər verir ki, Bank of Baku texnologiya lideri olan qlobal "UiPath"

Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ

Yaz ayları təbiətin oyanması ilə yanaşı, müxtəlif təbiət hadisələrinin sayının artması dövrüdür. Xüsusilə də mart ayında respublikanın müxtəlif yerlərində hava şəraitinin dəyişməsi, qeyri-sabit hava müşahidə edilir. Bel

Bank əmanətlərinin 84 %-dən çoxu qorunur

Bu il yanvarın 1-nə Azərbaycan banklarındakı əmanətlərin 84,3 %-i və yaxud 14 milyard 139 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun qoruması altında olub. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqınd

Expressbankın bu filialları bayram günləri xidmətinizdədir – 26,27 mart

Bayram günlərində Expressbankın bahar fürsətlərindən yararlanmaq istəyənlər 26 və 27 mart tarixlərində Bankın Neftçilər, Nəsimi, Sumqayıt, Gəncə və Mingəçevir filiallarına yaxınlaşa bilərlər. Belə ki, Bahar kampaniyası çərçivəsind

Rabitəbank Ramazan və Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi layihələrlə cəmiyyətin həssas qruplarına dəstəyini davam etdirir. Müqəddəs Ramazan bayramı və Novruz bayramı ərəfəsində bank tərəfindən 10


iqtisadi xeberler avtomobil xeberleri 1000 manatla biznes dollar kursu pul qazanmaq