Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçiribMilli Mətbuat Günü münasibətilə Rabitəbank  media nümayəndələri üçün xüsusi görüş təşkil edib. Tədbirin məqsədi media nümayəndələri ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, Bankın strateji inkişaf istiqamətləri, rəqəmsal transformasiya prosesi və gələcək hədəfləri barədə məlumat vermək olub.
Tədbirdə Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov çıxış edərək Bankın strateji inkişaf planı, gələcəyə baxışı, missiyası və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet istiqamətlər barədə ətraflı məlumat verib. O, media ilə açıq və şəffaf kommunikasiyanın Bank üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq peşəkar jurnalistikanın cəmiyyətin obyektiv məlumatlandırılmasındakı rolunu yüksək qiymətləndirib.
Daha sonra Rabitəbankın İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekin Bankın satış strategiyası, inkişaf prioritetləri, məhsul portfeli və müxtəlif iqtisadi sektorlar üzrə yanaşmaları haqqında təqdimatla çıxış edib.
Tədbir çərçivəsində Rabitəbankın Marketinq departamentinin direktoru Şəmi Əliyev Bankın marketinq yanaşması, brend strategiyası və müştəri təcrübəsinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O bildirib ki, müasir marketinq yalnız məhsul və xidmətlərin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda müştərilərlə uzunmüddətli etimadın qurulması, innovativ həllərin əlçatan edilməsi və güclü kommunikasiya mühitinin formalaşdırılması deməkdir.
Rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələr barədə isə Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentinin direktoru Nihad Tağızadə təqdimat edib. Təqdimatda Bankın rəqəmsallaşma strategiyası, Kartmane Junior tətbiqi, Kartmane Junior kartı, Gamer Kart, İnvest modulu və digər innovativ məhsullar haqqında ətraflı məlumat verilib.
Proqram çərçivəsində media nümayəndələri Rabitəbankın Baş Ofisi ilə yaxından tanış olub, müxtəlif struktur bölmələrin fəaliyyəti, iş prinsipləri və müasir iş mühiti barədə məlumat əldə ediblər. Tədbir interaktiv müzakirələrlə davam edib, media nümayəndələrinin sualları cavablandırılıb, Bankın rəhbər heyəti ilə fikir mübadiləsi aparılıb. Görüşün sonunda qonaqlara korporativ hədiyyələr təqdim olunub və qeyri-rəsmi ünsiyyət formatında şam yeməyi təşkil edilib.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçiribRabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçiribRabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçiribRabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçiribRabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçiribRabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçiribRabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçiribRabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib/ banker.az

Banklar     Tarix: 21 iyul 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler rubl mezenne depozit faizleri telefonla pul qazanmaq bu gunun xeberleri