Rabitəbank müştəriləri ötən il 16 milyon manatdan artıq keşbek qazanıblar

Rabitəbank müştəriləri ötən il 16 milyon manatdan artıq keşbek qazanıblar®Rahat bankçılıq şüarına sadiq qalan Rabitəbank 2023-cü il ərzində 16 milyon manatdan artıq vəsaiti keşbek olaraq müştərilərinə geri qaytarıb. Kartmane kart sahibləri müxtəlif nağdsız ödənişlərə görə bu bonusları qazanıblar. Belə ki, ümumilikdə keşbeklerin təxminən 15,7 milyon manatı kateqoriyalar üzrə edilən ödənişlərdən, 198 min manata yaxını partnyor mağazalarında edilən alış-verişlərdən, 122 min manatı isə xarici valyuta (USD və EUR) üzrə edilən əməliyyatlardan əldə edilib. Qeyd edək ki, Kartmane sahiblərinin kateqoriyalar üzrə əldə etdiyi keşbekin təxminən 6 milyon manatı yanacaqdoldurma məntəqələri, 2 milyon manata yaxını market, 680 min manatı restoran, 568 min manatı sığorta, təxminən 5,7 milyon manatı isə digər ödənişlərdən qazanılıb. 
Rabitəbank sahibkar və fiziki şəxslərə bir çox üstünlüklərə sahib olan debet və kredit kartları təklif edir. Kart sahibləri təmassız ödənişlərdə 10%-dək keşbek və kartdakı qalığa 6%-dək gəlir qazana, dünyanın istənilən ölkəsində rahat alış-veriş və onlayn ödənişlər edə, həmçinin müxtəlif xidmətlərin ödənişlərini həyata keçirə və vəsaiti rahat nağdlaşdıra bilərlər.
Qeyd edək ki, özündə bir çox üstünlükləri toplayan Kartmane kartlarını heç yerə getmədən, "Rabita Mobile" tətbiqi, "RabitaBot" çatbotu vasitəsilə və ya bankın rəsmi veb-saytına – keçid edərək sifariş edə bilərsiniz. Onlayn sifariş zamanı Bakı və Abşeron yarımadası ərazilərinə kartın çatdırılması ödənişsizdir. Həmçinin bankın filiallarına yaxınlaşaraq sifarşi həyata keçirmək olar. 
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 24 yanvar 2024

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya