Rabitəbank müştəriləri ötən il 16 milyon manatdan artıq keşbek qazanıblar

Rabitəbank müştəriləri ötən il 16 milyon manatdan artıq keşbek qazanıblar(®) Rahat bankçılıq şüarına sadiq qalan Rabitəbank 2023-cü il ərzində 16 milyon manatdan artıq vəsaiti keşbek olaraq müştərilərinə geri qaytarıb.
Kartmane kart sahibləri müxtəlif nağdsız ödənişlərə görə bu bonusları qazanıblar.
Belə ki, ümumilikdə keşbeklerin təxminən 15,7 milyon manatı kateqoriyalar üzrə edilən ödənişlərdən, 198 min manata yaxını partnyor mağazalarında edilən alış-verişlərdən, 122 min manatı isə xarici valyuta (USD və EUR) üzrə edilən əməliyyatlardan əldə edilib.
Qeyd edək ki, Kartmane sahiblərinin kateqoriyalar üzrə əldə etdiyi keşbekin təxminən 6 milyon manatı yanacaqdoldurma məntəqələri, 2 milyon manata yaxını market, 680 min manatı restoran, 568 min manatı sığorta, təxminən 5,7 milyon manatı isə digər ödənişlərdən qazanılıb. 
Rabitəbank sahibkar və fiziki şəxslərə bir çox üstünlüklərə sahib olan debet və kredit kartları təklif edir. Kart sahibləri təmassız ödənişlərdə 10%-dək keşbek və kartdakı qalığa 6%-dək gəlir qazana, dünyanın istənilən ölkəsində rahat alış-veriş və onlayn ödənişlər edə, həmçinin müxtəlif xidmətlərin ödənişlərini həyata keçirə və vəsaiti rahat nağdlaşdıra bilərlər.
Qeyd edək ki, özündə bir çox üstünlükləri toplayan Kartmane kartlarını heç yerə getmədən, "Rabita Mobile" tətbiqi, "RabitaBot" çatbotu vasitəsilə və ya bankın rəsmi veb-saytına - keçid edərək sifariş edə bilərsiniz. Onlayn sifariş zamanı Bakı və Abşeron yarımadası ərazilərinə kartın çatdırılması ödənişsizdir. Həmçinin bankın filiallarına yaxınlaşaraq sifarşi həyata keçirmək olar. 
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 24 yanvar 2024

Oxşar xəbərlər

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin


iqtisadi xeberler bu gunun xeberleri biznes krediti biznes qurmaq internetden pul qazanmaq