Rabitəbank və KOBİA "Biznesdə Qadınların Gücü" layihəsinə start verir

Rabitəbank və KOBİA ®"Rabitəbank" ASC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın birgə təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə "Biznesdə Qadınların Gücü" adlı layihə elan edilir.
Məqsəd qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərilməsi, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır.
Layihəyə müxtəlif sahələr üzrə mikro, kiçik və orta sahibkarlıqla məşğul olan, layihə iştirakçılarının seçim meyarları və tələblərinə uyğun gələn qadın sahibkarlar qəbul edilir. 
Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, "netvorkinq" tədbirləri təşkil ediləcəkdir.
Layihənin sonunda qaliblərin mükafatlandırılması nəzərdə tutulur. Qadın sahibkarların təqdim etdiyi ən yaxşı 3 layihə seçilərək, qaliblərə bizneslərinə dəstək üçün aşağıdakı məbləğdə pul mükafatları təqdim ediləcəkdir: 
1-ci yer – 5000 AZN
2-ci yer – 3000 AZN
3-cü yer – 2000 AZN
Layihədə iştirak etmək istəyən qadın sahibkarlar aşağıdakı linkə daxil olaraq, 2022-ci il 18 noyabr tarixinədək müraciət edə bilərlər:  HYPERLINK "https://bit.ly/3V3J9Nw"  
Layihə 2023-cü ilin mart ayınadək davam edəcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 17 oktyabr 2022

Oxşar xəbərlər

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld


iqtisadi xeberler kripto dollar mezenne biznes qurmaq en son xeberler