Rabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilib

Rabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilib(®) Rabitəbank regionlarda kiçik və orta Biznesin inkişafına dəstəyini davam etdirir. Rabitəbank və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) dəstəyi ilə Kürdəmirdə kredit yarmarkası keçirilib. 
Kredit yarmarkasında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, "Rabitəbank" ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin, SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev və AKİA-nın sədri Seymur Mövlayev çıxış ediblər və sahibkarların maliyyə təminatının yaxşılaşdırılmasından, qazilərə və şəhid ailələrinə yardımdan, eləcə də dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində sahibkarlığa, regionların sosial-iqtisadi inkişafına və regionlarda fəaliyyət göstərən sahibkarlara dəstəkdən danışıblar. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə qazi və şəhidlərimizin göstərdiyi şücaətdən, onların ailələrinin sosial problemlərinin həlli istiqamətində atılan addımlardan söz açılıb. 
Qeyd edək ki, 300-ə qədər sahibkarın iştirakı ilə keçirilən kredit yarmarkasında Kürdəmir rayonunda olan bank və bank olmayan kredit təşkilatları öz stendləri ilə iştirak ediblər. Biznes mütəxəssisləri yerli fermer və sahibkarlarla görüşdə kredit şərtləri ilə bağlı məlumat verib, bankların məhsullarını təqdim edib və sualları cavablandırıb. 
Kredit yarmarkasının məqsədi regionlarda sahibkarlığın inkişafına dəstək olmaq, sahibkarların və fermerlərin maliyyə savadlılığını artırmaq və güzəştli kreditlərin verilməsi ilə investisiya layihələrinin kreditləşdirilməsi barədə onları məlumatlandırmaqdır. 
Qeyd edək ki, tədbirdə dövlət fondları vasitəsilə 3 sahibkara - Güliyev Şəmsəddin, Fətəliyev Səlahəddin, Kərimov Kamilə verilən kreditlərin imzalanma mərasimi də baş tutub. Bundan başqa, özünüməşğulluq proqramı çərçivəsində Rabitəbank 1 şəhid ailəsi - şəhid Dünyamaliyev İslamın anası Dünyamalıyeva Gülşən və 4 qazi - Şirəliyev Vüsal, Həziyev Pərviz, Ağasıyev Ağagül və Adgözəlov Sahil ilə müqavilə bağlayıb və bizneslərini qurmaları üçün onlara lazımi avadanlıqları təqdim edib. 
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Rabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilib/ marja.az

Banklar     Tarix: 17 noyabr 2023

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler biznes qurmaq valyuta xeberleri birbank biznes krediti