Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub

Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub"Rabitəbank" ASC-də yeni kadr təyinatı həyata keçirilib. Bankın İdarə Heyətinin qərarı ilə Şəmi Əliyev Marketinq departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Şəmi Əliyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakültəsində başa vurub. Daha sonra ABŞ-ın nüfuzlu Texas A&M University-də "Biznesin idarəedilməsi" (MBA) üzrə magistr təhsili alaraq strateji idarəetmə, marketinq, maliyyə və biznesin inkişafı istiqamətlərində beynəlxalq bilik və təcrübə qazanıb.
Bank və maliyyə sektorunda 16 ilə yaxın peşəkar təcrübəyə malik olan Şəmi Əliyev əmək fəaliyyətinə 2010-cu ildə ABŞ-da başlayıb. 2010–2012-ci illərdə "JPMorgan Chase" və "IBC Bank"-da müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən etibarən Azərbaycanda bank sektorunda müştəri təcrübəsi, xidmət keyfiyyətinin ölçülməsi və idarə olunması, pərakəndə bankçılıq, satış şəbəkəsinin idarə edilməsi və biznesin inkişafı istiqamətlərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Bu müddət ərzində müştəriyönümlü yanaşmaların inkişafı, xidmət standartlarının təkmilləşdirilməsi, əməliyyat proseslərinin optimallaşdırılması və keyfiyyət idarəetmə sistemlərinin qurulması üzrə çoxsaylı layihələrin həyata keçirilməsində iştirak edib.
2021-ci ilin may ayından etibarən Rabitəbank" ASC-də Xidmət keyfiyyətinə nəzarət departamentinin rəhbəri vəzifəsində çalışan Şəmi Əliyev bu müddət ərzində bankda müştəri məmnuniyyətinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, daxili proseslərin təkmilləşdirilməsi və xidmət standartlarının inkişafı istiqamətində həyata keçirilən strateji təşəbbüslərə rəhbərlik edib.
Yeni vəzifəsində Şəmi Əliyev Rabitəbankın marketinq strategiyasının daha da gücləndirilməsi, brend dəyərinin artırılması, müştəriyönümlü marketinq həllərinin inkişafı, rəqəmsal marketinq imkanlarının genişləndirilməsi və bankın bazardakı mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Bu təyinat Rabitəbankın müştəriyönümlü yanaşmasının daha da gücləndirilməsi, innovativ marketinq həllərinin tətbiqi və dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımlardan biridir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 07 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq