"Regional" BOKT-ın xalis mənfəəti 12 dəfə artıb
Kreditlərin verilməsi fəaliyyətilə məşğul olan "Regional" BOKT 2025-ci ilin ilk 6 ayını 125 min 41 manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı ötən ilin eyni dövrünü 10 min 480 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Regional" BOKT-ın xalis mənfəəti bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə artıb. 2024-cü ildə BOKT-ın xalis mənfəəti 192 min manat təşkil etmişdi.
Marja.az xəbər verir ki, "Regional" BOKT-ın faiz gəlirləri 2023-cü ilin ilk 6 ayında 468 min manat ikən, 2025-ci ilin ilk 6 ayında 770 min manata yüksəlib (302 min manat və ya 64,5% artıb).
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
"Regional" BOKT-ın kredit portfeli 30 iyun 2024-cü il tarixindəki göstərici ilə müqayisədə 1 milyon 403 min manat və ya 42,5% artaraq 30 iyun 2025-ci il tarixində 4 milyon 705 min manata çatıb.
1 milyon 100 min manat nizamnamə kapitalı olan "Regional" BOKT MMC-nin payçıları Əliyev Əli (33,3%), Bəhrəmov Nahid (33,3%) və Tağıyeva Nigardır (33,3%).
Xəbər verdiyimiz kimi, "Regional" Bank Olmayan Kredit Təşkilatı MMC istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir. BOKT hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxır. İstiqrazlar üzrə illik gəlirlilik dərəcəsi 16% təşkil edir.
Həmçinin oxu
BOKT-a illik 16 faizlə pul lazımdır - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR




Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?