Renkinq – Əhalinin depozitləri ən çox hansı banklardadır? (01.01.2023)
Azərbaycanda fiziki şəxslərin banklardakı cəmi depozitlərinin həcmi açıqlanıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 1 yanvar 2023-cü il tarixinə kommersiya banklarında 11 mlrd. 482.95 milyon manat həcmində fiziki şəxslərin depozitləri var. Bu illik 27% artımdır.
Fiziki şəxslər üzrə depozitlərin 17%-i ABB-nin portfelindədir. İllik müqayisədə 49% artırılmaqla bu portfel 1 mlrd. 907.08 mln. manata yüksəlib.
İkinci sırada 1 mlrd. 642.45 mln. manatla "Kapital Bank" ASC, üçüncü sırada isə "PAŞA Bank" ASC 1 mlrd. 568.7 mln. manatla dayanır.
"Azər Türk Bank" ASC fiziki şəxslər üzrə depozit portfelini ən böyük dinamika ilə artıran bankdır. Bank son bir ildə fiziki şəxslərdən cəlb etdiyi depozitlərin həcmini 2 dəfə artırmaqla 201.2 mln. manata çatdırıb.


Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Layihə menecmenti nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dropshipping nədir?