Reytinq agentliyi Rubl ilə bağlı proqnozlarını açıqladı

Reytinq agentliyi Rubl ilə bağlı proqnozlarını açıqladıÇərşənbə axşamı Rusiyanın kredit reytinqi agentliyi ACRA, gələcək üç il üçün makroiqtisadi proqnozularını təqdim etdiyi hesabat dərc edib.
Marja.az hesabata istinadən xəbər verir ki, agentliyin məlumatına görə, 2023-cü ildə dolların rubla nisbətdə orta illik məzənnəsi 1 dollar üçün 84,8-85,5 rubl, 2024-cü ildə 86,5-91,9 rubl, 2025-ci ildə 87,7-94,7 və 2026-cı ildə 88,4-97,4 rubl təşkil edəcək. 
"Ən böyük ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı tələbi, Rusiya Mərkəzi Bankı tərəfindən valyuta alışının dayandırılması, eləcə də uçot faiz dərəcəsinin artırılması ilə birlikdə idxalın azalması ona gətirib çıxarır ki, 2023-cü ilin sonu və 2024-cü ilin birinci yarısında məzənnə bir dollar üçün 85 rubl təşkil edə bilər", - hesabatda deyilir.
Sənədin müəllifləri yazır ki, eyni zamanda, orta və uzunmüddətli perspektivdə daxili valyuta bazarında məzənnənin nisbətən sürətli dəyişməsi üçün şərait 5-10% qalacaq. Bundan əlavə, rublun zəifləməsinə təsir edən uzunmüddətli amillər var: "Bunlara -daxili tələbin, o cümlədən idxal olunan mal və xidmətlərə tələbin artması, dünya iqtisadiyyatının və ticarətinin artım templərinin azalması ilə Rusiyanın ixracının azalması, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyələrinin yüksəlməsi daxildir", - ACRA qeyd edir.
Ümumiyyətlə, ACRA bildirir ki, iri ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı ilə əlaqədar daxili valyuta bazarında likvidlik vəziyyəti yaxşılaşıb. Lakin orta və uzunmüddətli perspektivdə tədbirin özü rublun məzənnəsinin möhkəmlənməsinə deyil, dəyişkənliyinin azalmasına kömək edəcək. Hesabatın müəllifləri həmçinin hesab edirlər ki, kapital axınını çətinləşdirən tədbirlər kompleksindən istifadə edərkən nəzəri olaraq məzənnəyə uzunmüddətli təsir baş verə bilər.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2023-cü ildə dolların orta məzənnəsi 85,2 rubl, 2024-cü ildə 90,1 rubl, 2025 və 2026-cı illərdə müvafiq olaraq 91,1 və 92,3 dollar təşkil edəcək. Bununla yanaşı, nazirlik 2024-cü ilin ortalarına qədər rublun möhkəmlənməsinə icazə verib - iyunda dollar orta hesabla 87,5 rubla başa gələcək.

Maliyyə     Tarix: 28 noyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin