"Rubl ən azı oktyabrın sonunadək bahalaşmaqda davam edəcək"

Bu gün Moskva birjasında Dolların məzənnəsi 93 rubldan da aşağı düşüb. Rublun hazırda möhkəmlənməsinin əsas səbəbləri ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı, vergi dövrü (şirkətlər dolları rubla çevirib vergiləri ödəyirlər - red) və hakimiyyət orqanlarının açıqlamalarıdır.
Marja.az xəbər verir ki, bunu Rusiya iqtisadçıları bildirirlər.
Qeyd olunur ki, Rublun bahalaşması oktyabrın sonuna qədər davam edəcək.
İqtisadçıların sözlərinə görə, oktyabrın 30-dək davam edəcək vergi dövrü, Rusiya Mərkəzi Bankının uçot dərəcənin yüksək səviyyəsi və onun daha da artırılmasının mümkünlüyü, eləcə də dünya bazarında neftin qiymətinin qalxması Rublu dəstəkləyir. İndi Brent neftinin bir barelinin qiyməti 90 dollara yaxındır və bir çox ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda xammalın qiyməti artmağa davam edəcək.
"Rublun oktyabrın 12-dən, yəni Rusiya prezidenti Vladimir Putinin bəzi Rusiya ixracatçılarını valyuta gəlirlərini satmağa məcbur edən fərman imzalaması xəbərinin ertəsi günü bahalaşmağa başladığını nəzərə alsaq, bu amil həlledicidir", - iqtisadçılar hesab edir.
Oktyabrın ortalarında Putin qeyd edib ki, büdcə üçün dollar-rubl məzənnəsinin "bir qədər aşağı" olması lazımdır. O zaman məzənnə təxminən 97,3 idi. Buna görə də Putinin sözləri "dollar üçün təxminən 92-95 rubl səviyyələri" olaraq şərh oluna bilər.
İqtisadçılar qeyd edir ki, oktyabrın sonuna kimi rublun dünya valyutalarına nisbətdə davamlı möhkəmlənməsi müşahidə olunacaq. Vergi dövrü başa çatdıqdan sonra digər amillər də işə düşəcək. Çox güman ki, məzənnə büdcə və iqtisadiyyat üçün optimal olan müəyyən edilmiş hədlər daxilində dəyişəcək. 
Digər proqnoza görə, gələn ilin birinci rübündə dolların qiyməti 85-90 rubl dəhlizinə qayıda, yuan isə 12,3 rubla düşə bilər, çünki Rusiya valyutası 4 aylıq güclü ucuzlaşmadan sonra hakimiyyətin himayəsinə keçib. 100 rubldan baha olan dollar iqtisadi cəhətdən maraqlı deyil.
Bunu "Zenit Bank"ın analitika departamentinin rəhbəri Vladimir Evstifeev RİA Novosti-yə şərh edib.
Qeyd edək ki, Dolların məzənnəsi aprel-may aylarında 80 rubl səviyyəsi civarında sabitləşdikdən sonra yayın başlanğıcında yüksəlməyə başladı. Yay və payızın ilk ayı ərzində dollar 16,87 rubl (+20,8%) bahalaşdı. Nəticədə məzənnənin artması - əvvəlcə 101,75 rubla (14 avqust), sonra isə 102,35 rubla (9 oktyabr) yüksələn iki dalğadan sonra, Rusiya hakimiyyəti bir sıra tədbirlər gördü.
Xüsusilə, Rusiya Federasiyasının Mərkəzi Bankı uçot dərəcəsini illik 13%-ə qaldırdı və oktyabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putin bir sıra ixracatçılar üçün valyuta gəlirlərinin məcburi satışı haqqında fərman imzaladı. Nəticədə artıq dollar 93 rubladək ucuzlaşıb, avro isə bu həftə 100 rubldan aşağı düşüb.
"2024-cü ilin birinci rübündə dolların məzənnəsinin yenidən 85-90 rubla, yuanın isə Rusiya valyutasına nisbətdə 12,3 rubla qədər zəifləməsi ehtimalı var. Bu dəyərlər ətrafında daha uzun müddətə valyuta almaq üçün əlverişli şərtlər ola bilər.  Son dörd ayda rubl sürətlə zəifləyirdi. Lakin rublun devalvasiyasının əsas dalğası sona çatıb", - Evstifeyev deyib.
"Hökumət orqanları iqtisadiyyat və maliyyə sabitliyi baxımından bir dollar üçün 100 rubl səviyyəsini qırmızı xətt kimi müəyyənləşdiriblər. Rublun keçmişdə zəifləməsi Rusiya Federasiyası Mərkəzi Bankının daha sərt pul siyasəti aparmasına səbəb olub və bu qaçılmaz olaraq ölkə iqtisadiyyatının artım perspektivlərinə mənfi təsir göstərəcək. Beləliklə, rublun zəifləməsinə yol verməkdə davam etmək mümkün deyil, bu, tənəzzülə və iqtisadiyyatda disbalansın artmasına səbəb olacaq. Türkiyə ssenarisinə bənzər inflyasiya üzərində nəzarət itirilə bilər", -deyə o hesab edir.
Evstifeev yaxın aylarda rublun yenidən zəifləyəcəyini gözləmir: "Hökumətin rublu sabitləşdirən dəstək tədbirləri tədricən görünə bilər ki, bu da milli valyutanın möhkəmlənməsinə səbəb ola bilər".
Həmçinin oxu

Maliyyə     Tarix: 25 oktyabr 2023

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 11–15 may 2026-cı il tarixləri qlobal maliyyə bazarları üçün həm makroiqtisad

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki


iqtisadi xeberler birbank telefonla pul qazanmaq bitcoin qiymeti depozit faizleri