Rusiya Mərkəzi Bankı faiz artırdı
Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi və rublun ucuzlaşması fonunda sərt pul siyasətini dayandırmamaq qərarına gəlib. Bank ardıcıl üçüncü dəfə uçot dərəcəsini artırıb.
Marja.az xəbər verir ki, Sentyabrın 15-də keçirilən iclasda Rusiya Mərkəzi Bankının İdarə heyəti uçot dərəcəsini 1,00 faiz bəndi artıraraq illik 12%-dən 13%-ə yüksəldib.
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini iyul ayında illik 7,5%-dən 8,5%-ə qaldırmışdı. Avqustda isə dollar 100 rubl həddini keçdikdən sonra növbədənkənar iclasda uçot dərəcəsini 3,50 bənd artıraraq 12%-ə çatdırmışdı.
Ekspertlər də Rusiya Mərkəzi Bankının faiz artıracağını proqnozlaşdırmışdılar.
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını