Rusiya Mərkəzi Bankı faizini daha da artırdı

Rusiya Mərkəzi Bankı faizini daha da artırdıRusiya Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 2,00 faiz bəndi artırılaraq 13%-dən 15%-ə qaldırılması barədə qərar qəbul edib.
Marja.az xəbər verir ki, bazarlarda Rusiya Mərkəzi Bankının 1,00 bənd faiz artıracağı gözlənilirdi.
İyul ayından etibarən Rusiya Mərkəzi Bankı sürətlənən inflyasiya ilə mübarizə üçün uçot dərəcəsini artırmağa başlayıb. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini iyul ayında illik 7,5%-dən 8,5%-ə qaldırmışdır. Avqustda isə dollar 100 rubl həddini keçdikdən sonra növbədənkənar iclasda uçot dərəcəsini 3,50 bənd artıraraq 12%-ə çatdırmışdır. Sentyabrın 15-də keçirilən iclasda isə Rusiya Mərkəzi Bankının İdarə heyəti uçot dərəcəsini 1,00 faiz bəndi artıraraq illik 12%-dən 13%-ə yüksəltmişdir.
"Mövcud inflyasiya təzyiqi əhəmiyyətli dərəcədə artıb və Rusiya Bankının gözləntilərini üstələyir. Daxili tələbatın davamlı artması mal və xidmətlərin istehsalının artmasını getdikcə üstələyir. İnflyasiya gözləntiləri yüksək səviyyədə qalır. Kreditlərin artım tempi yüksək olaraq qalır. Fiskal siyasətin yeni ortamüddətli parametrlərinə əsaslanaraq, növbəti illərdə fiskal stimulun azalması əvvəllər gözlənildiyindən daha yavaş baş verəcək", - Rusiya Mərkəzi Bankı press-relizində bildirir.
Tənzimləyici vurğulayır ki, siyasətin əlavə sərtləşdirilməsini təmin etmək və inflyasiyanı 2024-cü ildə 4%-lik hədəfə qaytarmaq lazımdır.
Rusiya Mərkəzi Bankı 2023-cü ilin sonuna inflyasiya proqnozunu əvvəllər gözlənilən 6-7% əvəzinə 7-7,5%-ə qədər pisləşdirib.
"Mövcud pul siyasətini nəzərə alsaq, illik inflyasiya 2024-cü ildə 4,0-4,5%-ə düşəcək və gələcəkdə 4%-ə yaxın olacaq", - tənzimləyici hesab edir.
Yığıncaqdan bir həftə əvvəl inflyasiya yenidən sürətlənib: oktyabrın 17-dən oktyabrın 23-dək olan həftədə əvvəlki həftə ilə (6,38%) müqayisədə 6,59% təşkil edib. Bu, Mərkəzi Bankın 2023-cü ilin sonuna qədər inflyasiyanın 6-7% olacağını nəzərdə tutan əvvəlki proqnoz diapazonunun yuxarı həddinə yaxındır.
Rusiya Mərkəzi Bankınının bugünkü qərarı bazar üçün nisbətən gözlənilməz olub- demək olar ki, bütün analitiklər 2 faiz bəndi deyil, 1 faiz bəndi, yəni 13 faizədək artım gözləyirdilər.
Eyni zamanda, Rubl, oktyabr ayında hökumətin ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı ilə bağlı qərarı fonunda əsas valyutalara nisbətən bahalaşıb: ayın əvvəlində bir dollar 100 rubldan yuxarı ticarət olunurdu, bu gün 94 rubldan aşağıdır. Lakin həm ekspertlər, həm də Rusiya Bankının makro sorğusunun iştirakçıları 2024-cü ildə və sonrakı illərdə daha ucuz rubla mərc edirlər.
Əgər Mərkəzi Bankın atdığı addımlar öz təsirini göstərsə və inflyasiya tendensiyası zəifləsə, o zaman növbəti iclasda (dekabrın 15-nə planlaşdırılan) Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırmaya bilər.
"İnflyasiyanın 2024-cü ildə hədəfə qayıtması və onun 4% ətrafında sabitləşməsi iqtisadiyyatda sərt monetar şəraitin uzun müddət saxlanılmasını nəzərdə tutur. Rusiya Mərkəzi Bankı inflyasiyanın hədəfə nisbətdə faktiki və gözlənilən dinamikasını, proqnoz üfüqdə iqtisadi inkişafı, habelə daxili və xarici şəraitdən asılı olan riskləri və maliyyə bazarlarının reaksiyasını nəzərə alaraq uçot dərəcəsi ilə bağlı növbəti qərarlarıb qəbul edəcək", - deyə Mərkəzi Bankın yaydığı məlumatda vurğulanır.

Maliyyə     Tarix: 27 oktyabr 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler dollarin kursu bu gun online pul qazanmaq dollar manat kursu dollar kursu