Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri daha altı ay uzadıb
Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri daha altı ay uzadıb: 2022-ci il oktyabrın 1-dən 2023-cü il martın 31-dək. Bildirilir ki, Rusiya və "dost" ölkələrin vətəndaşları hələ də bir ay ərzində xarici banklardakı istənilən hesaba 1 milyon dollara qədər pul köçürə biləcəklər.
Banker.az bu barədə "Vc.ru"ya istinadən xəbər verir.
Rusiyada işləyən fiziki şəxslər – qeyri-rezidentlər isə əmək haqqı məbləğində xaricə pul köçürmək hüququna malikdirlər. Həm "dost", həm də "dost olmayan" ölkələrin nümayəndələri bunu edə biləcəklər.
Rusiyada işləməyən "dost olmayan" ölkə vətəndaşları üçün qadağa hələ də qüvvədədir.
May ayında bank köçürmə limitini 10 min dollardan 50 min dollara, iyunda isə 150 min dollara qaldırıb. Xaricə vəsaitlərin köçürülməsinə məhdudiyyətlər "xüsusi hərbi əməliyyat" və cavab sanksiyaları başlayandan sonra müəyyən edilib.

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
SMM nədir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın əh bahalı brendləri - TOP-10
Startup nədir və necə olur?