Rusiyada Dollar 89 rubldan da aşağı düşdü
Moskva birjasında dolların məzənnəsi iyulun 4-dən bəri ilk dəfə olaraq 89 rubldan aşağı düşüb.
Marja.az xəbər verir ki, bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 14:35-ə olan məlumata görə, dollar 1,8% ucuzlaşaraq 88,97 rubl təşkil edib. Bununla yanaşı, avro 1,46% dəyər itirərək 96,69 rubla, yuan isə 1,58% azalaraq 12,273 rubla düşüb.
Bu gün Dollar/Rubl məzənnəsi səhər saatlarında 90 rubldan aşağı düşmüşdür.
Analitiklər bildirilər ki, rublun ABŞ valyutası qarşısında dəyər qazanması Dolların qlobal zəifləməsi ilə də əlaqədardır. İnvestorlar gələn il ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən faizlərin aşağı salınacağını nəzərdə tuturlar ki, bu da ABŞ valyutasının ucuzlaşmasına səbəb olur.
Həmçinin noyabrın sonunda vergi ödəmələrinin müddəti yaxınlaşdıqca, məzənnə 83-85 rubla qədər düşə bilər.
Ekspertin sözlərinə görə, idxalçılardan xarici valyutaya tələbatın aşağı olması, neft bazarında əlverişli şərait və ixracatçıların xarici valyuta gəlirlərinin satışı rublun möhkəmlənməsi üçün şərait yaradır.
Bunlarla belə, Rusiya valyutasının dollarda 90 rubldan aşağı səviyyələrdə olması Rusiya bazarında xarici valyutaya tələbatı arta bilər.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Mcdonalds françayzinqi neçiyədir?
Swift nədir?
5 liderlik göstəricisi
IMEI kod nədir?
Françayzinq nədir və necə olur?