Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir

Rusiyada Qazaxıstanın Rusiyada "Freedom" şirkətlər qrupu ilə əlaqəli qiymətli kağızlara investisiya yatıran qapalı investisiya fondunun payçıları Rusiya Mərkəzi Bankına və prokurorluğa müraciət ediblər. Narazılığa səbəb fond paylarının hesablanmış dəyərindən təxminən dörd dəfə ucuz qiymətə ticarət olunmasıdır.
Banker.az Rusiyanın "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, fondun aktivlərinin təxminən dörddəbirini Qazaxıstanın "Freedom" maliyyə qrupu ilə əlaqəli maliyyə alətləri təşkil edir.
"Freedom Holding Corp." — Qazaxıstan mənşəli, ABŞ-ın Nasdaq birjasında listinqdə olan, brokerlik, investisiya, bank və digər maliyyə xidmətləri göstərən beynəlxalq maliyyə qrupudur.
İnvestorlar fond paylarının bazar qiyməti ilə hesablanmış dəyəri arasındakı böyük fərqdən narahatdırlar. Belə ki, payların birjada satıldığı qiymət onların hesablanmış dəyərindən təxminən 75% aşağıdır.
Rusiya Mərkəzi Bankı müraciətləri araşdırsa da, fondun idarəedici şirkətinin və ixtisaslaşmış depozitarının fəaliyyətində qanun pozuntusu aşkar etməyib. Tənzimləyici bildirib ki, mövcud qanunvericilik fond paylarının bazar qiyməti ilə hesablanmış dəyəri arasındakı diskontun həcminə məhdudiyyət qoymur.
Fondun idarəedici şirkəti "Vostok-Zapad"ın nümayəndəsi isə qiymətlər arasındakı fərqi dünyada geosiyasi vəziyyətin pisləşməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, Rusiyada xarici qiymətli kağızların dövriyyəsinə tətbiq edilən məhdudiyyətlər fond aktivlərinin likvidliyinə mənfi təsir göstərib.
Beləliklə, fond paylarının hesablanmış dəyərinin bazar qiymətindən xeyli yüksək olması investorların həmin aktivləri nəzəri qiymətləndirməyə uyğun məbləğə sata bilməsi demək deyil.

Banklar     Tarix: 07 oktyabr 2026

Oxşar xəbərlər

Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb

2026-cı ilin Avqust ayının sonunda qeyri-maliyyə təşkilatlarının manatla müddətli depozitlərinin həcmi 3 milyard 375,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ili

Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi

"AFB BANK" ASC İnformasiya texnologiyaları infrastrukturunun yenilənməsi və genişləndirilməsi məqsədilə Server, Storage, SAN Switch avadanlıqlarının və VMware virtualizasiya həllərinin satınalınması üzrə tenderd

"Bank Respublika"nın nizamnamə kapitalı 240 milyon manatı keçəcək

"Bank Respublika" ASC nizamnamə kapitalını daha 39 546 542 manat və yaxud 19,7 % artıraraq 200 751 530 manatdan 240 298 072 manata çatdırmağı planlaşdırır. xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 3

Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bə

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində

SOCAR Green-in layihələri sığortalana bilər

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını, o cümlədə

Azərbaycan-Oman İnvestisiya Fondu "Azər-Türk Bank"ın yeni səhmlərini əldə edəcək

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olması Bankın yeni səhmlərini əldə etməklə baş tutacaq. bu barədə "Azər-Türk Bank"a istinadən xəbər verir

Mərkəzi Banka yeni baş direktor təyin edilib

Azər Abbas oğlu Ələsgərov 2026-ci ilin oktyabr ayının 1-dən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin edilib. xəbər verir ki, AMB sədri bununla bağlı əmr imzalayıb. A.Ələsgərov 1977-c


iqtisadi xeberler avtomobil xeberleri investisiya online pul qazanmaq kicik biznes