Sağalmaz xəstəliklərdən sığortaya maraq artıb – Yığımlar 2 dəfədən çox yüksəlib
Ölüm halından sığorta üzrə ödənişlər 2,6 milyon manata yaxınlaşıb
Həyatın ölüm halından sığortası üzrə sığorta ödənişləri 2026-cı ilin ilk 8 ayında artıb.
Marja.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, yanvar-avqust aylarında bu sığorta növü üzrə 2 milyon 575,9 min manat ödəniş həyata keçirilib.
2025-ci ilin eyni dövründə ödənişlərin həcmi 2 milyon 284,5 min manat təşkil etmişdi. Beləliklə, ödənişlər 291,4 min manat və ya 12,8% artıb.
Sığorta haqları isə daha sürətli yüksəlib. Yığımlar 22 milyon 222 min manatdan 28 milyon 465,4 min manata çataraq 28,1% artıb.
Nəticədə ödənişlərin yığımlara nisbəti 10,3%-dən 9%-ə düşüb. Yəni ödənişlər artsa da, sığorta haqlarının daha yüksək templə artması bu nisbətin azalmasına səbəb olub.
Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 71% azalıb
Əmək qabiliyyətinin könüllü sığortası üzrə həyata keçirilmiş ödənişlər 2026-cı ilin yanvar-avqust aylarında kəskin azalıb. Bu sığorta növü üzrə ödənişlər 2025-ci ilin ilk 8 ayındakı 266,6 min manatdan 77,6 min manata düşüb.
Azalma 189 min manat və ya 70,9% təşkil edib.
Bu dövrdə sığorta haqları da azalıb. Yığımlar 2 milyon 738 min manatdan 2 milyon 92,4 min manata geriləyib. Bu, 23,6% azalma deməkdir.
Ödənişlərin yığımlara nisbəti isə 9,7%-dən 3,7%-ə enib.
Sağalmaz xəstəliklərdən sığorta yığımları 2 dəfədən çox artıb
Sağalmaz xəstəliklərdən sığorta üzrə toplanmış sığorta haqları 2026-cı ilin ilk 8 ayında sürətlə artıb. Bu sığorta növü üzrə yığımlar 3 milyon 277,5 min manatdan 7 milyon 206,6 min manata yüksəlib.
Artım 3 milyon 929,1 min manat və ya 119,9% təşkil edib. Sığorta ödənişləri isə 1 milyon 120,4 min manatdan 1 milyon 269,8 min manata yüksələrək 13,3% artıb.
Yığımların ödənişlərdən xeyli sürətli böyüməsi nəticəsində ödənişlərin sığorta haqlarına nisbəti 34,2%-dən 17,6%-ə düşüb.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Bitcoin necə işləyir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?