Sahibkarlar üçün rahat və çevik həll – Yelo Mobil POS
®Bugünkü biznes mühitində kiçik sahibkarlar üçün vaxt çox dəyərlidir. Vaxt itkisini minimuma endirən, əməliyyatları sadələşdirən və müştəri məmnuniyyətini artıran rəqəmsal həllər artıq zərurətə çevrilib. Nağdsız ödənişlər həm satış prosesini yüngülləşdirir, həm də sahibkara əməliyyatlarını daha şəffaf izləmək imkanı yaradır.
Bu ehtiyacları nəzərə alaraq, Yelo Bank sahibkarlara Mobil POS xidmətini təqdim edir. Xidmət sayəsində dövriyyədən asılı olmayaraq, depozit tələb olunmadan, sahibkarlar öz Android əməliyyat sistemi ilə işləyən və NFC dəstəkləyən smartfon və ya planşetlərini POS terminal kimi istifadə edə bilirlər.
Yelo Mobil POS xüsusilə kofeşop, çatdırılma xidmətləri, gül dükanları, köşk, butiklər kimi kiçik biznes sahibləri üçün idealdır. Portativliyi sayəsində sahibkar ödənişləri istənilən zaman, istənilən yerdə qəbul edə bilir. Rahat interfeys və sürətli quraşdırma prosesi satış əməliyyatlarını sadələşdirir, nağdsız ödənişlərin həcmini artırmağa kömək edir.
Xidmətin əsas üstünlükləri:
Qoşulma pulsuzdur
Heç bir dövriyyə tələbi yoxdur
Hesabın açılması üçün xidmət haqqı tutulmur
Sahibkara biznes kartı hədiyyə edilir
Biznes kartdan və cari hesabdan nağdlaşdırma komissiyasızdır
Yelo Business App ilə xidməti tamamilə onlayn sifariş etmək mümkündür. Elə indi xidmətə qoşulun, satışlarınızı istənilən yerdə idarə edin: .
Bank xidmətləri ilə (www.yelo.az/az/business/loans/micro-loans) bağlı ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
/ banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?