Sentyabr ayında banklarda əhalinin müddətli əmanətləri cüzi artıb
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir. 30 Sentyabr 2024-cü il tarixində bankların cəmi öhdəliklərin 80.9%-i və ya 36 milyard 58.9 milyon manatı depozit portfeli olub.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Statistik Bülleten - Sentyabr 2024" buraxılışında bildirilir.
Qeyd edilib ki, depozit portfelinin 61.6%-i (22 milyard 209.8 milyon manat) hüquqi şəxslərin, 38.4%-i (13 milyard 849.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.4%-i (9 milyard 63.1 milyon manat) milli valyutada, 34.6%-i (4 milyard 786 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8 milyard 242.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 0.3% və ya 27.3 milyon manat artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 808.9 milyon manat (ay ərzində artım 6.2% və ya 978.1 milyon manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.1 faiz bəndi azalaraq 34% təşkil etmişdir.

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes qurmaq istəyənlərə 10 məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?