Sığorta şirkətlərinin 21-ci ofisi "Sea Breeze"də açılıb

Sığorta şirkətlərinin 21-ci ofisi "Qala Sığorta" və "Qala Həyat Sığorta" şirkətləri xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım atıb. Şirkətlərin yeni xidmət ofisi "Sea Breeze Resort" ərazisində fəaliyyətə başlayıb.
Marja.az şirkətlərə istinadən xəbər verir ki, 9 iyul 2026-cı il tarixində keçirilmiş açılış mərasimində "Qala Sığorta" və "Qala Həyat Sığorta" şirkətlərinin Direktorlar Şurasının sədri Kamal İbrahimov, "Sea Breeze"in təsisçisi Emin Ağalarov, eləcə də şirkətlərin rəhbər heyətinin nümayəndələri iştirak ediblər. 
Yeni ofis "Sea Breeze" ərazisində yaşayan sakinlərə, yerli və xarici qonaqlara, həmçinin biznes nümayəndələrinə müxtəlif sığorta xidmətlərinin daha əlçatan və operativ şəkildə təqdim edilməsini təmin edəcək.
Kamal İbrahimov bildirib ki, bu, şirkətlərin ölkə üzrə fəaliyyətə başlayan 21-ci xidmət ofisidir. Hazırda "Qala Sığorta" və "Qala Həyat Sığorta"nın ümumilikdə 36 filialı, nümayəndəliyi və xidmət ofisi mövcuddur.
Şirkətlər bu şəbəkə vasitəsilə 40-dan çox icbari və könüllü sığorta növü üzrə xidmət göstərirlər.
"Sea Breeze"dəki yeni ofisdə avtomobillərin, daşınmaz əmlakın və həyatın sığortalanması, eləcə də müxtəlif məsuliyyət sığortası növləri üzrə xidmətlər təqdim ediləcək.
Yeni ofisdən yalnız "Sea Breeze" sakinləri və qonaqları deyil, bütün vətəndaşlar istifadə edə biləcəklər. Müştərilər ofisə müraciət etməklə şirkətlərin təklif etdiyi müxtəlif sığorta məhsullarından yararlana bilərlər.

Banklar     Tarix: 11 iyul 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq