Sığortalanan gilas bağları - 2 DƏFƏ ARTIB

Sığortalanan gilas bağları - 2 DƏFƏ ARTIBAzərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artmaqdadır. 
Aqrar Sığorta Fondunun məlumatına görə, ölkədə əsas meyvəçilik məhsullarındanolan gilas bağlarının sığortalanması və bu məhsul üzrə sığortpa ödənişlərində də artım davam edir. 
Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik sığortası çərçivəsində ümumilikdə 41 bitki növü üzrə 48 bitki məhsulu sığortalanır. Sığortalanan bitkilərin bir hissəsi meyvələrdir, hazırda Aqrar Sığorta Fondu tərəfindən ölkəmizdə əkilən demək olar ki, bütün meyvələrin sığortalanması həyata keçirilir. 
Gilas sahələrinin sığortası ildən-ilə artır. 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən 14 rayonda 119 hektar gilas bağı sığorta edilmişdirsə, 2025-ci ildə Azərbaycanda 15 rayonda 110 fermer və təsərrüfat tərəfindən ümumilikdə 228 hektar sahədə gilas bağları sığorta edilib. Gilas bağının ən çox sığorta edildiyi rayonlar Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağstafa, Tərtər və Şabran rayonlarıdır. 
Sığortalanan bağlardakı məhsulun həcmi də artmaqdadır. 2024-cü ildə sığortalanan gilas bağlarının ümumi sığorta təminatı 1,4 milyon manat olmuşdusa, 2025-ci ildə bu rəqəm 3 dəfə artıb və 3,9 milyon manatlıq gilas məhsulu sığorta edilib. 
Sığortalanan əkin sahələrinin və əhatə olunan sığorta təminatının böyüməsi nəticəsində gilas bağlarından toplanan sığorta haqqının məbləği də artıb. 2024-cü ildə sığortalanan gilas bağları üzrə sığorta haqqı 58 min manat təşkil etmişdi. Qanunvericiliyə əsasən, bu məbləğin 50%-i dövlət tərəfindən qarşılanır və fermerlər gilas  bağlarının sığortası üzrə cəmi 29 min manat sığorta haqqı ödəmişdilər. 
2025-ci ildə isə sığotrtalanan gilas bağlarının sahəsinin genişlənməsi və məhsul həcminin artması ilə bağların sığortası üzrə ümumi sığorta haqqı 90 min manat təşkil edib. Burada dövlət tərəfindən ödənilən 50%-lik hisəni nəzərə aldıqda, fermerlərin ödədiyi sığorta haqqı cəmi 45 min manat təşkil edib. 
Aqrar Sığorta Fondu meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel-subasma, normadan artıq qar yığıntaları, doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, bitki xəstəlikləri və xüsusi təhlükəli zərərvericilərin hücumu kimi risklərdən sığorta edir. 
Eyni zamanda 3 bitki – gilas, üzüm və pambıq, yuxarıda sadalanan risklərlə yanaşı, leysan yağışı riskindən də sığorta edilir. Söhbət güclü leysan yağışları zamanı gilas meyvələrinin qabığının partlaması və nəticədə məhsulun zay olması halından gedir. 
Sığortalanan bağlarının artması ilə yanaşı, gilas bağları üzrə sığorta ödənişləri də artmaqdadır. Aqrar Sığorta Fonduna sığortalanmış gilas bağlarında müxtəlif hadisələr üzrə müraciətlər daxil olur. Müraciətlərin araşdırılması üçün ərazilərə aqrar sığorta ekspertləri yönəldilib və onlar gilas bağlarında baş vermiş hadisələri araşdıraraq zərərləri hesablayır, bunun əsasında fermerlərə ödənişlər həyata keçirilir.  
Bu hesablamalar əsasında Aqrar Sığorta Fondu tərəfindən 2022-2023-cü illər əkin mövsümündə Xaçmaz, İsmayıllı və Qusar rayonlarında müxtəlif hadisələrdən zərər çəkmiş gilas bağı sahiblərinə 52,8 min manat sığorta ödənişi edilib. 
2023-2024-cü illər əkin mövsümündə isə Ağstafa, Samux və Şəmkir rayonlarında baş vermiş hadisələr üzrə fermer və təsərrüfatlara ümumilikdə 83,8 min manat sığorta ödənişi həyata keçirilib. 
Başqa sözlə, son 2 ildə gilas sahələri üzrə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 136,6 min manat sığorta ödənişi edilib. 
2025-ci il ərzində havaların kəskin keçməsi ilə əlaqədar olaraq hələlik 36 hektar gilas bağına zərər dəyməsi barədə Aqrar Sığorta Fonduna müraciət daxil olub. Bu bağlardan ümumilikdə 1,2 milyon manat məhsul gözlənilirdi. Bu o demək deyil ki, göstərilən gilas məhsulu tamamilə məhv olub - zərər bu əkinlərin bir hissəsi üzrə qeydə alınıb.
Zərər müraiəti gəlmiş bütün bağlara müstəqil ekpertlər tərəfindən baxış keçirilib və zərər ilkin olaraq qimətləndirilib. Həmin sahələrdə ikinci dəfə, yəni məhsul yığımı ərəfəsində yekun qiymətləndirmə aparıldıqdan sonra, zərərin qiyməti dəqiq müəyyən ediləcək və buna uyğun sığorta ödənişi ediləcək.  
Meyvə bağlarının sığortasına fermerlərin artan marağını və təbiət hadisələrinin intensivliyini nəzərə alsaq, 2025ci ildə meyvə bağları üzrə zərər ödənişlərinin daha da artacağı gözlənilir. 
Aqrar Sığorta Fondu hər il artmaqda olan iqlim və sair riskləri nəzərə alaraq meyvə bağı sahiblərini və fermerləri bir daha öz təsərrüfatlarını dövlət dəstəkli aqrar sığorta vasitəsilə qorumağa çağırır.  / marja.az

Banklar     Tarix: 22 iyul 2025

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd


iqtisadi xeberler telefonla pul qazanmaq en son xeberler emlak xeberleri rubl mezenne