"Sığortanın satış kanallarının genişləndirilməsi üçün işlər aparılır
Azərbaycanda sığortanın satış kanallarının genişləndirilməsi üçün mühüm işlər aparılır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Ziya Əliyev Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Sığorta agentlərinin yeni nəslinin yetişdirilməsi AMB-nin diqqətindədir. "Bank-insurance" kanalının genişlənməsi üçün banklarla və sığortaçılarla birlikdə çalışırıq. Bu yaxınlarda bank müştərilərinin həyat sığortasının genişləndirilməsi üçün yeni tənzimləmələr gətirəcəyik. Ən vacib layihələrimizdən biri ölkənin katastrofik risklərinin təminat altına alınması üçün sığorta sektorunun rolunun gücləndirilməsidir. Zəlzələ, sel, daşqın kimi təbii hadisələr ölkə üçün xarakterikdir. Dağıdıcı təbii hadisələr nadir hallarda baş versə də, onun gətirdiyi iqtisadi fəlakətlər, zərərlər böyük olur", - deyə o qeyd edib.
© Report

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları