Şirvan-Salyanda əkin sahələrinə dəymiş zərərlə bağlı 686 min manat ödəniş edilib

Şirvan-Salyanda əkin sahələrinə dəymiş zərərlə bağlı 686 min manat ödəniş edilibKənd təsərrüfatı heyvanları və bitkilərin, xüsusilə tərəvəz və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər Aqrar Sığota Fondu və Salyan Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən «Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta» tədbirində müzakirə edilib.
Şirvan-Salyanda əkin sahələrinə dəymiş zərərlə bağlı 686 min manat ödəniş edilibTədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Salyanda kənd təsərrüfatı üçün böyük imkanlar olduğunu, əkinçiliyin və heyvandarlığın inkişaf etdiyini bildirib.
Tədbirdə bildirilib ki, Salyan rayonunda 41 min hektardan artıq əkin sahəsinin 14 min hektarı taxıl əkinləri, 10 min hektarı pambıq, təqribən 14 min hektar yonca əkinlərinin payına düşür.
Bundan başqa, Salyanda geniş meyvə bağları, tərəvəz, bostan bitkiləri, çəltik və şəkər çuğunduru da becərilir, rayonda təkcə üzüm bağlarının sahəsi 1200 hektara yaxındır.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, rayondakı əkinlərin yalnız 5 min hektarı sığotalanıb və bu da qənaətbəxş sayla bilməz. S.Hətəmov fermerləri dövlət tərəfindən yaradılan bu imkandan istifadə etməyə və təsərrüfatlarını sığortalamağa çağırıb.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov ölkəmizdə dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmi, onun iş prinsipi, fermerlər üçün əhəmiyyəti barədə məlumat verib. Fond sədrinin sözlərinə görə, aqrar sığorta haqqına 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər.
Tədbirdə bildirilib ki, aqrar sığorta əkin sahələrini təbiət hadisələri, dolu, qasırğa, fırtına, leysan yağışları, sel-subasma, yanğın, vəşhi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətərindən sığorta edir.
Aqrar Sığorta Fondunun rəhbəri bildirib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, 2022-c ildə müxtəlif hadisələrdən zərər çəkən fermerlərə 2,4 milyon manat sığorta ödənişi edildiyi halda, 2023-cü ildə bu rəqəm 4,4 milyon manata, 2024-cü ilin ilk 7 ayında isə 3,3 milyon manata yüksəlib, ilin sonunda bu məbləğin daha yüksək olacağı gözlənilir.
Qeyd edilib ki, Şirvan-Salyan iqtisadi rayonunda indiyədək əkin sahələrinə dəymiş zərərlə bağlı ümumilikdə 686 min manat, heyvandarlıq sığortası üzrə isə 96 min manat sığorta ödənişi edilib.
Payızlıq taxıl mövsümünün yaxınlaşığını xatırladan Fond sədri fermerləri əkin sahələrini çoxsaylı risklərdən qorumağa və sığorta olunmağa çağırıb.
Tədbirdə sığorta haqları və sığorta ödənişləriin hesablanması, ayrı-ayrı məhsullar üzrə sığorta haqları, ödəniş prosesi barədə məlumat verilib.
Bildirilib ki, Salyanda 1000 manatlıq buğda və pambığın sığortalanması fermerə cəmi 7 manata, 1000 manatlıq arpa məhsulunun sığortası 9 manata, eyni məbləğdə narın sığortası 8 manata, xurmanın sığortası isə 11 manata başa gəlir.
Salyanda geniş yayılmış bostan bitkilərinə gəlincə, 1000 manatlıq pomidorun sığortalanması 10 manata, eyni məbləğdə qarpızın sığorotalanması isə 11 manata başa gəlir.
Əlavə ödənişlə məhsulu donvurmadan və dolu yağması nəticəsində görünüşünün korlanmasına görə ucuzlaşmasından da sığortalamaq mümkündür.
Məlumatlar fermerlərin böyük marağına səbəb olub, onlar sığortanın əhatə etdiyi risklər, sığorta ödənişi prosesi, sığoorta müqaviləsinin bağlanması və qüvvəyə minməsi, heyvandarlıq sığortası və sair hallarla bağlı çoxsaylı suallar verib və həmin suallar cavablandırılıb.
Eyni zamanda femerlərə bildirilib ki, onlar sığorta müqaviləsinin olmasını və qüvvəyə minməsini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Şəhadətnaməni yoxla» bölməsindən dəqiqləşdirə, sığorta haqlarını isə saytdakı «Sığorta kalkulyatoru» vasitəsilə hesbalaya bilərlər.
Tədbirdən sonra Aqrar Sığorta Fondunun sədri Füad Sadıqov Salyan rayonunda təsərrüfatlarda olub, femerlərlə görüşüb, onların suallarını cavablanlırıb. 
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı  Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki "Bitkiçilik sığortası kalkulyatoru" və "Heyvandarlıq sığortası kalkulyatoru" vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər. / marja.az

Banklar     Tarix: 11 sentyabr 2024

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler dollarin kursu bu gun online pul qazanmaq dollar manat kursu dollar kursu