"Sizin Lombard"ın qazancı açıqlandı

"GL" ASC ("Sizin Lombard" brendi) 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 2 milyon 428 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ilin eyni dövrünü 2 milyon 196 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ASC-nin xalis mənfəəti 232 min manat artıb. 
Qeyd edək ki, "GL" ASC 2023-cü ili 2 milyon 8756 min manat xalis mənfəət ilə bağlamışdır. 
GƏLİRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyun dövründə (ilk 6 ayda) "GL" ASC-nin cəmi gəlirləri 9 milyon 618 min manat, cəmi xərcləri 7 milyon 190 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 6 ayında lombard şirkətinin cəmi gəlirləri 8 milyon 509 min manat, cəmi xərcləri 6 milyon 255 min manat olmuşdu. Həmçinin 58 min manat mənfəət vergisi ödənilmişdi. 
KREDİT PORTFELİ BÖYÜYÜB
"GL" ASC kredit portfeli (müştərilərə verilmiş kreditlər) 30 İyun 2024-cü il tarixində 42 milyon 922 min manata çatıb. 30 İyun 2023-cü il tarixində "GL" ASC-nin kredit portfeli 35 milyon 710 min manat təşkil etmişdi. Beləliklə, müqayisə olunan dövrdə təşkilatın kredit portfeli 7 milyon 212 min manat və ya  20,2% artıb. Qeyd edək ki, "GL" ASC-nin kredit portfeli 2023-cü ilin sonunda 39 milyon 524 min manata çatmışdı.
2024-cü ilin birinci yarısının yekununda 455 nəfər işçisi olan "GL" ASC-nin yeganə səhmdarı (100%-i) Quliyev Fərman Eldar oğludur. 

Banklar     Tarix: 05 sentyabr 2024

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler dollarin kursu bu gun online pul qazanmaq dollar manat kursu dollar kursu