SOCAR "Azər-Türk Bank"ın səhmlərinin 51%-ni satın almaq istəyir
16 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Banker.az-a bu barədə SOCAR-dan bildirilir.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə "Hasilat və İşlənmə" biznes seqmenti üzrə görülmüş işlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlara dair təqdimat edilib.
Daha sonra iclasda SOCAR-ın "Yeni Əməliyyat Modeli"nin icrasının hazırkı vəziyyətinə dair təqdimat dinlənilib. SOCAR-ın idarəetmə strukturunun təkmilləşdirilməsi və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlərin önəmi qeyd olunub.
Görüşdə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.
Xatırlatma!
"Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?