Son 1 avtomobil uduşu

Son 1 avtomobil uduşu®Expressbank VISA kart istifadəçiləri üçün keçirilən "Şans Ekspressi" lotereyasının IV rübü üzrə ikinci tirajının qalibləri təsadüfi seçimlə müəyyənləşib. Qaliblərin seçimi bankın rəsmi sosial media hesablarının canlı yayımında baş tutub.
Belə ki, bu tirajda da 18 şanslı VISA kart istifadəçisi qalib olub və 3 ədəd "IPhone 16", 5 ədəd "Apple Watch 10" və 10 ədəd "Apple AirPods 4 ANC" qazanıblar. Qaliblərin iştirakı ilə hədiyyələrin təntənəli təqdimetmə mərasimi keçirilib.
Qaliblərin siyahısına buradan baxa bilərsiniz.
SON TİRAJ – AVTOMOBİL UDUŞU!
"Şans Ekspressi" lotereyası 31.03.2025-ci il tarixinə qədər davam edəcək və 15 aprel 2025-ci il tarixində təsadüfi yolla seçilmiş 1 nəfər şanslı Expressbank Visa kart istifadəçisi qalib olacaq. 
Lotereyada necə iştirak etmək olar?
Lotereyada iştirak üçün alış-veriş zamanı ödənişlərinizi Expressbank VISA kartları ilə edərək hər 10 AZN ödənişdə şanslar qazana bilərsiniz. Lotereyada bütün valyutalar üzrə həm debet, həm də kredit kartları iştirak edə bilər.
Bir əməliyyat üçün hesablanan şans sayları kartın növünə görə 1 qat, 2 qat və 3 qat ola bilər. Lotereyada şans qazanmaq limitsizdir.
Expresso VISA kartlarını www.expressbank.az saytından, Express24 tətbiqindən və ya bankın filiallarından sifariş edə bilərsiniz.
Lotereya haqqında ətraflı məlumat almaq üçün linkə keçid edin.
Expressbank – İşiniz rahat getsin! / banker.az

Banklar     Tarix: 19 mart 2025

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri