Son 15 ildə Azərbaycanda beynəlxalq bankçılıq mükafatları hansı banklara verilib?

Son 15 ildə Azərbaycanda beynəlxalq bankçılıq mükafatları hansı banklara verilib?Bu günlərdə Azərbaycanın 3 bankı qlobal "Euromoney" jurnalının mükafatlarını qazandı. "Awards for Excellence 2026" seçimində ABB ölkə üzrə "İlin ən yaxşı bankı" elan edildi. "Paşa Bank" ASC "Azərbaycanın iri korporativ bizneslər üçün ən yaxşı bankı" nominasiyasının qalibi oldu. "Bank Respublika" ASC isə "Azərbaycanın ən yaxşı kiçik və orta sahibkarlıq bankı" adına layiq görüldü.
"Euromoney", "The Banker", "Global Finance" kimi beynəlxalq nəşrlərin mükafatları bankların maliyyə göstəricilərini, idarəetməsini, innovasiya səviyyəsini, rəqəmsallaşmasını və bazar təsirini kompleks qiymətləndirir. Bu seçimlər bankların müraciətləri əsasında, onların müvafiq suallara əhatəli cavabları və müsahibələr əsasında aparılır.
Məsələn, "Euromoney" jurnalının "İlin ən yaxşı bankı" mükafatının bəzi illərdə (2020, 2021, 2022, 2023) Azərbaycanda heç bir banka təqdim olunmaması müraciət etmiş bankların göstəricilərinin müvafiq seçim meyarlarına uyğun gəlmədiyinə dəlalət edir.
Bu baxımdan, xüsusilə bütün qiymətləndirmə kateqoriyalarını əhatə edən "İlin ən yaxşı bankı" nominasiyası üzrə son 15 ilin nəticələri Azərbaycanın bank sektorunda bu sahədə tendensiyanın, liderliyin zamanla necə dəyişdiyini göstərir.
Qeyd edək ki, təxminən 15 il əvvələ qədər beynəlxalq mükafatlarda daha çox AccessBank ön planda idi. Sonrakı dövrdə isə balans dəyişməyə başladı.
Aşağıdakı infoqrafika son illərdə həm "Euromoney", həm "The Banker", həm də "Global Finance" kimi nüfuzlu platformaların qiymətləndirmələrində vəziyyətin necə dəyişdiyini göstərir:  
Son 15 ildə Azərbaycanda beynəlxalq bankçılıq mükafatları hansı banklara verilib?Euromoney
1989-cu ildə Böyük Britaniyada təsis edilən Euromoney beynəlxalq bankçılıq, kapital bazarları, investisiya və korporativ maliyyə sahələrini işıqlandıran ən nüfuzlu maliyyə nəşrlərindən biridir. Oxucu auditoriyasına bank rəhbərləri, investorlar, tənzimləyici qurumlar və iri korporasiyalar daxildir.
1992-ci ildən keçirilir.
100-dən çox ölkə üzrə qaliblər müəyyən edilir.
Ən nüfuzlu nominasiya "Best Bank" (İlin ən yaxşı bankı) hesab olunur.
Bundan əlavə, "Best Corporate Bank", "Best SME Bank", "Best Digital Bank", "Best Investment Bank", "Best Private Bank" və digər kateqoriyalar mövcuddur.
Qiymətləndirmə bankların təqdim etdiyi müraciətlər, maliyyə nəticələri, bazar göstəriciləri, innovasiya, rəqəmsallaşma, korporativ idarəetmə və redaksiya araşdırmaları əsasında aparılır.
Bu mükafat bank sektorunda "ən nüfuzlu redaksiya mükafatlarından biri" kimi qəbul edilir.
"The Banker"
"The Banker" 1926-cı ildə Londonda yaradılıb və dünyanın aparıcı biznes-media qruplarından biri olan "Financial Times Group"a daxildir.
Nəşr bankçılıq sektoru üzrə analitik yazıları, reytinqləri və statistik araşdırmaları ilə tanınır.
2000-ci ildən təşkil olunur.
Dünyanın 120-dən çox ölkəsi üzrə qaliblər seçilir.
Əsas mükafat "Bank of the Year" hesab edilir.
Qiymətləndirmədə maliyyə göstəriciləri ilə yanaşı:
strateji inkişaf,
yeni məhsullar,
müştəri bazasının genişlənməsi,
rəqəmsal xidmətlər,
dayanıqlı inkişaf,
idarəetmə keyfiyyəti nəzərə alınır.
"The Banker" mükafatı bank sektorunda ən çox istinad edilən beynəlxalq mükafatlardan biridir.
"Global Finance"
"Global Finance" 1987-ci ildə ABŞ-da yaradılıb və dünyanın 160-dan çox ölkəsində oxucu auditoriyasına malik beynəlxalq maliyyə jurnalıdır.
Nəşr bankçılıq, xəzinədarlıq, beynəlxalq maliyyə və kapital bazarları üzrə araşdırmalar dərc edir.
Ən məşhur mükafat proqramı "World"s Best Banks" seçimidir.
Burada müxtəlif nominasiyalar təqdim olunur:
Best Bank
Best Consumer Bank
Best SME Bank
Best Digital Bank
Best Corporate Bank
Best Investment Bank
Best Islamic Financial Institution
World"s Best Treasury & Cash Management Banks və s.
Qiymətləndirmə zamanı:
aktivlərin artımı,
gəlirlilik,
kapitalın səmərəliliyi,
texnoloji yeniliklər,
məhsul müxtəlifliyi,
müştəri məmnuniyyəti,
ekspert rəyləri və bazar araşdırmaları nəzərə alınır. / banker.az

Banklar     Tarix: 22 iyul 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bank faizleri dollar mezenne kicik biznes bitcoin qiymeti