"S&P": 2025-ci ildə Azərbaycanın nominal ÜDM-i 75 milyard dollara çatacaq
Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 74,98 milyard ABŞ dolları (127,466 milyard manat) təşkil edəcək və gələn il 77,86 milyard ABŞ dollarına (132,362 milyard manat) qədər artacaq.
"S&P Global" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-2026-cı illərdə ölkədə ÜDM-in real artımı 2 % səviyyəsində proqnozlaşdırılır.
Agentlik hesab edir ki, əhalinin hər nəfərinə düşən ÜDM 2025-ci ildə 7 min 277 ABŞ dollarına çatacaq, 2026-cı ildə isə 7 min 511 ABŞ dollarına yüksələcək.
İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə iqtisadi artımı 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.
"Moody"s" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4 % təşkil edəcək. "Fitch Ratings" ölkə üzrə ÜDM-in 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,4 % artacağını proqnozlaşdırır. Niderlandın ING bankı bu il Azərbaycanda iqtisadi artımı 2,6 %, gələn il isə 2,8 % səviyyəsində gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb, nominal ÜDM 126,337 milyard manat (74,315 milyard ABŞ dolları) təşkil edib.
XXX
"S&P Global" beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4 % səviyyəsində proqnozlaşdırır.
S&P-nin proqnozlarına görə, 2026-cı ildə ölkədə inflyasiya 3 %-ə qədər azalacaq.
İqtisadiyyat Nazirliyi ölkədə illik inflyasiyanı 2025-ci ildə 4,6 %, 2026-cı ildə 4 % səviyyəsində gözləyir. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin yanvarında) görə, bu il inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % olacaq.
Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % təşkil edəcəyini proqnozlaşdırır. Niderlandın "ING Group"u ölkədə istehlak qiymətlərinin 2025-ci ildə 4,8 %, 2026-cı ildə isə 4,7 % artacağını gözləyir.
Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib. 2025-ci ilin yanvar ayında istehlak qiymətləri 5,4 % artıb.
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən bahalı restoranları
Dünyanın ən dəyərli avtomobil şirkətləri