"S&P" Azərbaycanda bankların gəlirliliyinin yüksələcəyini proqnozlaşdırır
"2022-ci ildə Azərbaycanda sərfəli karbohidrogen qiymətlərinin iqtisadiyyata dəstəyi ilə problemli kreditlərin sabitləşməsini və bankların gəlirliliyinin yüksələcəyini gözləyirik".
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Agentliyə görə, bank sektorunda problemli kreditlərin həcmi bu ilin ortasında müəyyən edilən 3.5%-dən bir qədər çox, 4.5% civarında olacaq. 2023-cü il üzrə isə problemli kreditlərin 4%-ə enəcəyi proqnozlaşdırılıb.
"S&P" bu il üçün Azərbaycanda bank kreditləşməsini 15%, 2023-cü il üzrə isə 13% artacağını müəyyən edib. Agentlik həmçinin bank aktivlərinin gəlirliliyini (RoAA) bu il üçün 1.5%, 2023-cü il üçün 1.2% proqnozlaşdırıb. Reytinq agentliyi 2021-ci ildə bankların aktivləri üzrə gəlirliyini 1.7% təsdiqləmişdi.
Bundan əlavə, "S&P" 2022-2023-cü illərdə kredit itkilərinin tarixi tsiklik səviyyələrdən olduqca aşağı ortalama kredit portfelinin 0.5-1 %-i daxilində qalacağını proqnozlaşdırıb. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?