"Standard Chartered": Hörmüzdən neft axını hələ normallaşmayıb

Yaxın Şərqdən neft ixracı müharibədən əvvəlki səviyyələrə yaxınlaşsa da, Hörmüz boğazından birbaşa keçən neft həcmi hələ də əvvəlki göstəricilərdən xeyli aşağıdır.
Banker.az Böyük Britaniyanın bank və maliyyə xidmətləri qrupu "Standard Chartered"in hesablamalarına istinadən xəbər verir ki, İran istisna olmaqla Körfəz ölkələrinin xam neft və kondensat ixracı sentyabrda gündə təxminən 16,5 milyon barelə çatıb və ümumi həcm müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb.
Lakin bu neftin cəmi 60%-i Hörmüz boğazından keçib. Müharibədən əvvəl bu göstərici təxminən 83% idi. Qalan həcmlərin bir hissəsi Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxan boru kəmərləri və BƏƏ-nin Füceyrə istiqaməti kimi alternativ yollarla daşınır.
"Standard Chartered" hesab edir ki, bu rəqəmlər bazarın normallaşmasından daha çox, enerji ixracatçılarının yeni şəraitə uyğunlaşdığını göstərir. Neft bazara çatdırılır, amma daha mürəkkəb logistika, gəmidən-gəmiyə yükləmə əməliyyatları və yüksək nəqliyyat xərcləri hesabına.
Üstəlik, emal olunmuş neft məhsullarında vəziyyət daha zəifdir. Sentyabrda Körfəz ölkələrinin xam neft və kondensat ixracı müharibədən əvvəlki səviyyənin təxminən 91%-nə qayıtsa da, neft məhsulları üzrə bu göstərici cəmi 60% olub. Bu da xüsusilə dizel və aviasiya yanacağı bazarında gərginliyi saxlayır.
Yəni ümumi neft ixracı bərpa olunsa da, Hörmüz boğazı üzərindən normal və ucuz logistika hələ bərpa edilməyib.

Banklar     Tarix: 07 oktyabr 2026

Oxşar xəbərlər

İKZF-nin strukturunda dəyişiklik edilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF)Xəzinədarlıq departamentinin adı dəyişdirilərək Aktivlərin idarə olunması departamenti adlandırılıb. xəbər verir ki, departamentə İlhamə Hacıağa qızı İsabalayeva rəhbərlik edir. O

"PAŞA Bank" IPO-dan sonra səhmdar strukturunu açıqlayıb

"PAŞA Bank" ASC-nin nizamnamə kapitalında "PAŞA Holding" MMC-yə məxsus olmuş 56,8195%-lik səhm paketi "PAŞA Maliyyə Holdinqi" MMC-yə ötürülüb. xəbər verir ki, bu barədə "PAŞA Bank"ı

Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb. Belə ki, "Adı ilə böyüsün" layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlərə ağacı

50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır

Azı 50 işçisi olan şirkətlər qarşısında yeni öhdəlik qoyulacaq. Bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarıla

AFB Bank-dan sahibkarlara "İndi al, gələn il ödə!" fürsəti

AFB Bank sahibkarlar və peşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi "İndi al, gələn il ödə!" kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər bizneslərini inkişaf etdirmək, avadanlıq almaq v

Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – "PAŞA Sığorta"dan 1 ayda 10 milyon manatdan çox ödəniş

Mərkəzi Bank Azərbaycanın sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini açıqlayıb. Rəqəmlərə baxanda bir məqam xüsusilə diqqət çəkir: avtomobillərlə bağlı zərərlərin maliyyə yükü kifayət qədər böyükdür. Məsələn

Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində

"Bank Respublika"nın səhm qiymətləri artırılır

"Bank Respublika" ASC nizamnamə kapitalını təxminən 39,55 mln manat və ya 19,7% artıraraq 240,30 mln manata çatdıracaq. xəbər verir ki, qərar bankın səhmdarlarının 24 sentyabr 2026-cı ildə keçirilmiş növbəti ümum

Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir

Ölkənin seçilən banklarından olan Bank of Baku biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir. Belə ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini Bank of Baku-da depozi


iqtisadi xeberler kicik biznes online pul qazanmaq telefonla pul qazanmaq dollar məzənnəsi