Standard & Poor's Azər Türk Banka yüksək reytinq verdi

Standard & Poor's Azər Türk Banka yüksək reytinq verdiDövlət bankı Azər Türk Bank özünün fəaliyyəti tarixində ilk dəfə olaraq beynəlxalq reytinqə layiq görülüb.
Bankın yaydığı məlumatda bildirilir ki, S&P Global Ratings beynəlxalq reytinq agentliyi Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqini "B+/B" səviyyəsində qiymətləndirib. Reytinqlər üzrə proqnoz "Sabit"dir.
Standard & Poors öz rəsmi açıqlamasında bildirir ki, pərakəndə seqmentdə özünün bazar payını artırmaqda olan müxbir hesablarına xidmət sahəsində Bank güclü mövqelərə malikdir.
Agentliyin rəyinə görə Bankda risklərin idarə edilməsi üzrə idarəetmə sistemi mükəmməl səviyyədədir. Qeyd edilir ki, Bankın risklər üzrə belə bir mövqeyi növbəti ildə də davam etdirəcəyi gözlənilir.
Bildirilir ki, 2022-ci iln 9 ayı ərzində Bankın kredit porfeli 39% artmışdır ki, bu da ölkə bank sistemindəki orta göstəricidən 17% çoxdur.
Bundan əlavə rəydə qeyd edilir ki, 30 sentyabr 2022-ci il tarixinə Bankın likvid aktivlərinin həcmi cəmi aktivlərə nisbətdə 58% təşkil etmişdir.
"Bizim rəyimizə görə Bank likvidlik üzrə göstəriciləri stabil saxlayacaqdır", deyə, bildirilir.
Rəsmi açıqlamada reytinqin komponentləri göstərilmişdir:
Emitentin kredit reytinqi "B+ / Sabit / B"
Kredit qabiliyyətinin xüsusiyyətlərinin qiymətləndirilməsi "b"
Reytinqin baza səviyyəsi "b+"
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir. / marja.az

Banklar     Tarix: 28 fevral 2023

Oxşar xəbərlər

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler dollar mezenne bitkoin emlak xeberleri dollar manat kursu