Sumqayıt Kimya Sənaye Parkının 2 rezidentindən 424,5 milyon manatlıq ixrac
Sənaye parkları ölkədə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsində, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında mühüm rol oynayır. Sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan məhsullar ölkədə daxili bazarın təlabatının ödənilməsi ilə yanaşı, "Made In Azerbaijan" brendi ilə bir çox ölkələrə ixrac edilir.
Marja.az İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri "SOCAR Polymer" MMC və "STP" MMC-yə məxsus "STP Global Cable" MMC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan "İxrac İcmalı" jurnalının 2023-cü ilin oktyabr ayı üzrə qeyri-dövlət və dövlətə məxsus olan ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil ediliblər.
Reytinq cədvəlində "SOCAR Polymer" MMC dövlətə məxsus olan şirkətlərin siyahısında üçüncü, "STP" MMC-nin tərkibində fəaliyyət göstərən "STP Global Cable" MMC isə qeyri-dövlət ixracatçı subyektləri arasında altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində "SOCAR Polymer" MMC 393 milyon manat, "STP Global Cable" MMC isə 31,5 milyon manat dəyərində məhsul ixrac edib.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın ən varlı 10 müğənnisi
Shopify-da necə satışa başlamaq olar?
Dünyada ən çox oxunan 5 kitab