Süni intellekt artıq bank sisteminə yol tapıb? 25 min müştərinin şəxsi məlumatları sızıb
Cənubi Koreyada ölkənin iri kommersiya banklarından biri olan "Shinhan Bank"a qarşı həyata keçirilmiş kiberhücumla bağlı araşdırma aparılır.
Banker.az "Bloomberg" və "Yonhap" agentliyinin məlumatına istinadən xəbər verir ki, insident nəticəsində təxminən 25 min müştərinin şəxsi məlumatlarının sızdığı bildirilir.
Sızan məlumatlar arasında müştərilərin adları, telefon nömrələri, illik gəlirləri və kredit limitləri kimi həssas maliyyə informasiyalarının olduğu qeyd edilir.
Araşdırma çərçivəsində hücumun necə həyata keçirildiyi və bankın informasiya sistemlərində hansı zəifliklərdən istifadə olunduğu müəyyənləşdirilir.
Ekspertlər hücum edən şəxslərin sistemlərdə boşluqları aşkarlamaq və icazəsiz giriş əldə etmək üçün qabaqcıl süni intellekt alətlərindən istifadə etmiş ola biləcəyini istisna etmirlər.
Bu ehtimal maliyyə sektorunda AI vasitəsilə avtomatlaşdırılmış kiberhücumların genişlənməsi ilə bağlı narahatlıqları artırır. Belə alətlər potensial olaraq zəifliklərin daha sürətli aşkarlanmasına, hücum ssenarilərinin avtomatlaşdırılmasına və maliyyə institutlarına qarşı daha mürəkkəb hücumların həyata keçirilməsinə imkan verə bilər.

"TikTok"la "Instagram"a girişdə problem yarandı
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb
Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Kriptovalyuta nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Fond birjası nədir?
Onlayn biznes ideyaları
İnstaqramda biznes qurmağın yolları