Tamamilə fərqli bir dövrə ayaq basırıq – ABŞ, Çin, Türkiyə və Aİ-ni nə gözləyir?

Tamamilə fərqli bir dövrə ayaq basırıq – ABŞ, Çin, Türkiyə və Aİ-ni nə gözləyir?2020-ci ilə qədər dövlətlər özlərinin monetar, fiskal, proteksionist, əmək bazarı və digər iqtisadi siyasətlərində bir-birlərini izləyir və oxşar addımlar atırdılar.  Bununla bağlı şərh verən iqtisadçı-ekspert Elman Sadıqov bildirir ki, qlobal bazarları indi daha çox izləməyə məhkumuq – baxmayaraq ki, bu məsələ hazırda kifayət qədər diqqətdən kənarda qalıb.
"Amma bu dəfə müəyyən ölkələrin atdıqları addımları təkrarlamaq, onların yürütdükləri siyasətlərə oxşar siyasətlər yürütmək üçün deyil, onların siyasətlərinin nəticələrinin iqtisadiyyata mümkün təsirlərini ölçmək, müəyyən etmək, müsbət təsirlərdən daha çox faydalanmaq, mənfi təsirləri isə zərərsizləşdirmək bundan sonrakı dövrdə hər bir ölkənin iqtisadi siyasətində əsas istiqamət olacaq"- deyə, iqtisadçı əlavə edir.
Ölkələrin iqtisadi inkişaf səviyyələri, sürətləri, strategiyaları, reseptləri, gördükləri tədbirlər bir-birlərindən ciddi şəkildə fərqlənməyə başladı. Bu çox ciddi siqnaldır.
Elman Sadıqov bir neçə fakta təfsilata varmadan nəzər salmağı tövsiyə edir (hər bir ölkənin fərqli rəqəm və iqtisadi qayğılarına diqqət edərək):
ABŞ
– ABŞ-da işsizlik səviyyəsi 3.5%, inflyasiya 7.1%, faiz dərəcəsi 4.25%-4.5%. İnflyasiyanı 2%-lik hədəf həddinə çatdırmaq üçün faiz dərəcələrinin artırılmasına davam ediləcək. Buna işsizlik səviyyəsi də imkan verir. Lakin, faiz dərəcəsinin 2023-cü ildə 6% həddini aşacağı və 6%-in üzərində qalacağı ehtimalını çox aşağı hesab edirəm. Çünki, qlobal iqtisadiyyat dolların faiz dərəcəsinin 6%-dən yuxarı həddinə uzun müddət dözə bilməz. 5%-6% dərəcəsi aralığı da FES-in nəticələrini diqqətlə izləyəcəyi səviyyədir. Deməli, 5.5%-6% aralığında da inflyasiya 4%-in altına enməsə, FES-in faiz siyasətini daha sərt şəkildə alternativ siyasətlərlə əvəz edəcəyi ehtimalı yüksəlir;
Çin
– Dünyanın 2-ci ən böyük iqtisadiyyatı olan Çinin özünün ciddi iqtisadi qayğıları və çağırışları mövcuddur. Çindən çox böyük kapital çıxışlarının şahidi olmaqdayıq və bu proses davam edəcək. Çinin nisbətən optimist statistik göstəricilərinin altında çox ciddi iqtisadi qayğı və problemləri formalaşmaqdadır;
Yaponiya
– Dünyanın 3-cü ən böyük iqtisadiyyatı Yaponiyada inflyasiya səviyyəsi 3.8%-dir. Bu ölkənin əsas iqtisadi çağırışı isə 2.5%-lik çox aşağı (təhlükəli həddə olan) işsizlik səviyyəsi və bir çox sahələrdə işçi çatışmazlığı, iqtisadi böyümənin (2023-də 1.8%, 2024-cü ildə cəmi 0.9% gözlənilir) bütün görülən tədbirlərə baxmayaraq zəif olmasıdır;
BƏƏ
– BƏƏ növbəti 10 il üçün 8.7 trilyon dollarlıq iqtisadi paketini açıqladı. Paketlə tanış olduqda BƏƏ-nin Yaxın Şərqin tamamilə fərqli bir ölkəsi olması bir tərəfə, dünya iqtisadi səhnəsində önəmli bir ölkəyə çevrilmə iddiasını (bir çoxu əsaslandırılmış və inandırıcı iddialardır) görürük.
Aİ
– Avropa Birliyi yuxarıdakı ölkələrdən fərqli olaraq ciddi iqtisadi qayğılarla yanaşı, çox ciddi siyasi problem və ziddiyyətlərlə üz-üzədir. Avropa Birliyinin iqtisadi inkişafı II Dünya Müharibəsindən sonrakı dövrdə olduğu kimi ABŞ-dan və Britaniyadan (Britaniyanın özündə də iqtisadi qayğılar (o cümlədən yüksək inflyasiya) çoxdur) asılı olacaq;
Türkiyə
-Minimum əmək haqqının artırılması qərarının ardından bu gün açıqlanan qərar və görüləcək tədbirlərin əsas bir məqsədi var. Artan maaşlar fonunda inflyasiya təzyiqinin yumşaldılması (bu təzyiq qaçılmazıdır) üçün inflyasiya tətikləyici bir sıra qiymət artımlarına gedilməyəcəyinin anonsunun verilməsi önəmli idi. Bu isə inflyasiya gözləntilərini müəyyən dərəcədə azaldan amildir. Hazırda Türkiyədə inflyasiya gözləntiləri çox olduğu üçün istehlak özünün ən pik həddini yaşayır. Bu amil yerli istehsalı dəstəkləsə də, yerli istehsalda idxalın payını nəzərə aldıqda idxalı da artıran amillərdəndir. Valyuta ehtiyatlarındakı gərginlik, mövcud monetar siyasət manevr imkanlarını daraldır, dolların kursuna təzyiqi artırır. Tədiyə balansında mənfi saldonun azalmasına imkan vermir. Hər bir halda Türkiyə iqtisadiyyatı 2023-cü ildə 2 fərqli dövr yaşayacaq. İlin 1-ci yarısı və ilin 2-ci yarısı. Türkiyə ilə bağlı önəmli əlavə bir faktı da qeyd edim. Suriyanın parçalanması və qaz kəmərlərinin Suriyanın şimalından keçərək Avropaya çəkilməsi planı böyük ehtimalla həyata keçməyəcək. Əvəzində Türkiyə Avropa üçün qaz sahəsində ciddi bir "hub"a*  çevrilir. Burada Türkiyəni ciddi sınaq gözləyir. Çünki, Suriya-Türkiyə yaxınlaşması Britaniya və müttəfiqləri tərəfindən dəstəklənsə də, ABŞ tərəfindən dəstəklənmir (bunu açıq şəkildə bəyan etdilər);
Ayrı-ayrılıqda dünyanın bir çox iqtisadiyyatlarına toxunmaq olar. Qafqazda formalaşmaqda olan yeni vəziyyət, Orta Asiyadakı iqtisadi irəliləyiş, Səudiyyə Ərəbistanı, Qətər, Şərqi Asiya ölkələri, Braziliya və sair.
E.Sadıqov Təfsilatlı şəkildə toxunmadan konkret nəticə və təsbitlərin bir neçəsini vurğulayır:
– dünyanın demək olar ki, hər bir ölkəsi öz iqtisadi inkişaf planını öz ölkəsinin gerçəklik və imkanlarına uyğun hazırlayır. Ölkələrin qarşılaşdıqları problemlər, çağırışlar, iqtisadi göstəricilər, geosiyasi vəziyyət, əmək bazarı ciddi şəkildə fərqlənməkdədir;
– məsələn, BƏƏ (o cümlədən konkret olaraq Dubay Əmirliyi) istedadlı gənclərə vizaların verilməsinin asanlaşdırılması siyasətinə başlayıb (konkret olaraq, immiqrasiya deyil, beyin ovu siyasəti). Eyni siyasəti ABŞ başda olmaqla bir çox ölkələrin apardığı və daha geniş şəkildə aparacağı açıq-aşkar görünməkdədir. Kor-koranə toplu immiqrasiya deyil, istedadlı gənclərin, alimlərin, peşəkarların ölkəyə cəlbi. Amma bunun əksinə olaraq, dünya ölkələrinin say olaraq ən azı 70%-də işsizliyin artması, investisiya, yeni texnologiyaların tətbiqinin isə azalması müşahidə olunacaq;
– yuxarıda qeyd olunan səbəbdən, ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı kimi güclü iqtisadi birliklərin hazırda kifayət etmədiyi, yeni bir neçə iqtisadi birliklərin formalaşdırılaraq iqtisadi potensialın (o cümlədən risklərin) həmin birliklərdə diversifikasiyası ehtimalı yüksəkdir. Əslində dünya buna doğru gedir. Yəni, ayrı-ayrı ölkələrin iqtisadi cəhətdən güclənməsindən daha çox birliklər daxilində güclənərək iqtisadi birliklərin genişlənməsi ilə dünya bazarlarının böyüməsi planı daha rasionaldır. Əks halda ABŞ və Avropanın bahalı və lüks mallarının bazarlarının daralması, bu bazarların Çin, Cənubi Koreya və digər ölkələr tərəfindən tutulması davam edəcək.
– qlobal iqtisadiyyatın izlənməsi (həm də görüləcək tədbirlər enerji, əmtəə qiymətlərinə birbaşa təsirlər göstərəcək) vacibdir;
– hər bir ölkənin iqtisadi tədbir və qərarlarının digər ölkələrin iqtisadi tədbir və qərarlarını təkrarlamaq deyil, bir çox hallarda əksinə, həmin ölkələrin qərarlarının mənfi təsirlərini azaltmağa yönələcəyi məqsədli olacağı qaçılmaz olacaq;
Yekun nəticə isə iqtisadi məsələlərə, reseptlərə münasibət və yanaşmalar dəyişir, sürət artır, daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır. / banker.az

Maraqlı     Tarix: 11 yanvar 2023

Oxşar xəbərlər

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları


iqtisadi xeberler dollarin kursu bu gun dollar manat kursu internetden pul qazanmaq investisiya