"TBC Kredit BOKT"ın lisenziyası könüllü əsasla ləğv edilib
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov 15 iyul 2025-ci il tarixində Gürcüstanın "TBC Bank Qrup"unun nümayəndəsi, Özbəkistan "TBC Bank"ının İdarə Heyətinin sədri və Azərbaycanda fəaliyyət göstərən "TBC Kredit bank olmayan kredit təşkilatı" MMC-nin ("TBC Kredit BOKT") Müşahidə Şurasının üzvü Spartak Tetraşvilini qəbul edib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycanın və regionun maliyyə sistemi üzrə tendensiyaları ətrafında müzakirələr keçirilib, maliyyə sektorunun inkişafı istiqamətində yeni strateji çağırışlar və hədəflər barədə fikir mübadiləsi aparılıb.
S.Tetraşvili AMB tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və onların inkişafı məsələlərinə toxunaraq, bu sahəyə indiyə qədər göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin "TBC Bank Qrup"u tərəfindən strategiyasında edilmiş dəyişikliyə müvafiq olaraq, "TBC Kredit BOKT"nin fəaliyyətinin dayandırılması və bu məqsədlə AMB-nin həmin təşkilatın lisenziyasının könüllü ləğvi üçün müraciət edildiyini qeyd edib.
Yekunda, "TBC Bank Qrup"unun gələcəkdə Azərbaycan maliyyə sektoruna qayıdışı perspektivləri müzakirə edilib və Qrupun növbəti fəaliyyətinə uğurlar arzulanıb.
Əlavə olaraq qeyd edək ki, "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən "TBC Kredit BOKT" MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək AMB-nin İdarə Heyətinin 17.07.2025-ci il tarixli Qərarı ilə ona verilmiş 29.02.2000-ci il tarixli, 111-KB nömrəli müvafiq lisenziya könüllü əsasla ləğv edilib. Təşkilatın hesabatlarına əsasən, müvafiq tarixə fiziki şəxslər qarşısında öhdəlikləri mövcud deyil.
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
/ marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?