Tibbi sığortada yığımlar azalıb, ödənişlər 64 milyon manata yaxınlaşıb
Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların azalması fonunda sığorta ödənişləri artıb.
Marja.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqustunda tibbi sığorta üzrə 63 milyon 639,2 min manat ödəniş həyata keçirilib.
Ötən ilin eyni dövründə ödənişlər 58 milyon 846,9 min manat olmuşdu. Artım 4 milyon 792,3 min manat və ya 8,1% təşkil edib.
Eyni zamanda, sığorta haqları 101 milyon 368,2 min manatdan 96 milyon 115,3 min manata düşüb – azalma 5,2%-dir.
Nəticədə ödənişlərin yığımlara nisbəti 58,1%-dən 66,2%-ə yüksəlib. Beləliklə, tibbi sığortada 2026-cı ilin ilk 8 ayında yığımların azalması ilə yanaşı ödəniş yükünün yüksəlməsi müşahidə olunur.
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə
Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya