TuranBank ASC müştərilərinə "Açıq bankçılıq" funksionallığını təqdim edib
Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC "Açıq bankçılıq" funksionallığını mobil tətbiq vasitəsilə müştərilərinə təqdim edib.
Belə ki, yeni funksionallıq müştərilərə onların öz razılıqları əsasında digər banklarda olan hesabları və bu hesablar üzrə aparılan ödəniş əməliyyatları haqqında məlumatları TuranBank mobil tətbiqi və İnternet Bankçılıq üzərindən mərkəzləşdirilmiş şəkildə izləmək imkanı yaradır. Müştərilər mobil tətbiq və İnternet Bankçılıq üzərindən balanslarını, əməliyyat tarixçələrini və ümumi maliyyə vəziyyətlərini asanlıqla izləyə, məlumat paylaşımı üçün icazə müddətini isə özləri müəyyən edə bilərlər (30 gündən 90 günədək).
Məlumat üçün bildirək ki, "Açıq bankçılıq" konsepsiyası maliyyə xidmətlərinə çıxış imkanlarının əhəmiyyətli dərəcədə sadələşdirilməsini, banklar və Fintex şirkətləri arasında məlumat mübadiləsinin təhlükəsiz şəkildə aparılmasını və rəqəmsal maliyyə ekosistemində innovativ maliyyə xidmətlərinin inkişafına təkan verilməsini təmin edir.
Bundan sonra da, TuranBank ASC müasir bankçılıq həlləri və innovativ yanaşmalar ilə müştərilərinə etibarlı və çevik xidmət göstərməkdə davam edəcək.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar