"Turanbank" biznes kreditləri portfelini 19 milyon manata yaxın artırıb
2022-ci ilin yanvar-iyun dövründə "Turanbank" ASC tərəfindən müştərilərə verilmiş kreditlər 53 milyon 329 min manat və ya 12,2% artaraq 30 iyun 2022-ci il tarixində 489 milyon 774 min manat təşkil edib.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə, cari ilin ilk 6 ayı ərzində "Turanbank" tərəfindən müştərilərə verilmiş istehlak kreditləri 25 milyon 573 min manat artaraq 118 milyon 87 min manata, biznes kreditləri 18 milyon 865 min manat artaraq 283 milyon 682 min manata, ipoteka kreditləri portfeli isə 8 milyon 892 min manat artaraq 88 milyon 5 min manata çatıb.
Xəbər verdiyimiz kimi, "Turanbank" ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 710 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 185 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Turanbank"ın xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 9,2 dəfə artıb.
Həmçinin oxu
"Turanbank"ın xalis mənfəəti 9 dəfədən çox artıb


Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SMM nədir?
Biznes planı necə yazmaq lazımdır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi