TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb.
Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Biznes.az xəbər verir ki, bu vəsaitlər kiçik və orta biznesin, xüsusilə ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bu addım regionlarda fəaliyyət göstərən sahibkarların yerli valyutada maliyyə resurslarına çıxışını daha da genişləndirəcək və onları məzənnə risklərindən qoruyacaq.
Qeyd edək ki, sözügedən investisiya TuranBank-ın ölkəmizin dayanıqlı iqtisadi inkişaf strategiyasına dəstək istiqamətində atdığı növbəti uğurlu addımıdır.
Incofin İnvestisiya Fondu haqqında:
Incofin İnvestisiya Fondu inklüziv maliyyə, dayanıqlı qida və təmiz su sahələrində fəaliyyət göstərən müəssisələri dəstəkləyən aparıcı təsir investisiya fondunun meneceridir. 1 milyard ABŞ dollarından çox idarə olunan aktivlərə malik olan Incofin, Belçika, Kolumbiya, Keniya və Hindistanda fəaliyyət göstərən 90-dan çox peşəkardan ibarət təcrübəli komandaya sahibdir. Yarandığı gündən etibarən Incofin 5 milyard ABŞ dollarından artıq həcmdə borc və kapital investisiyaları həyata keçirərək 50-dən çox inkişaf etməkdə olan və sərhəd bazarında sahibkarların inkişafını dəstəkləyib. Maliyyə təcrübəsini ölçülə bilən sosial və ekoloji təsirlə birləşdirən Incofin, ən çox ehtiyac duyulan regionlarda dayanıqlı iqtisadi inkişafın təşviqinə və uzunmüddətli müsbət təsirin yaradılmasına töhfə verir.
Daha ətraflı məlumat üçün: www.incofin.com
TuranBank ASC haqqında:
TuranBank 1992-ci ildə təsis edilib və Azərbaycanın ən etibarlı maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Bank öz müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərən TuranBank 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib, şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilib.
Daha ətraflı məlumat üçün: www.turanbank.az
TuranBank
Bizimlə etibarlıdır...

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Biznes nədir?
"Freelance" nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İnstaqramda biznes qurmağın yolları